Ermənistanın Qərbəyönümlü siyasət yeritməsi Rusiya tərəfindən cavabsız qalmayacaq' - Partiya sədri

Ermənistanın Qərbəyönümlü siyasət yeritməsi Rusiya tərəfindən cavabsız qalmayacaq' - Partiya sədri"Heç kəsə sirr deyil ki, Paşinyan Qərbin layihəsidir və Fransanın da, Makronun da ona belə sahiblənməsi təsadüfi deyil. Ermənistan Rusiyanın əlindən Paşinyan vasitəsi ilə alınmağa çalışır. Paşinyan da onun oraya gətirilmə missiyasını icra edir. Avropa Birliyinə üzvlük haqqında qanun layihəsini qəbul edir, Amerikayla strateji tərəfdaşlıq müqaviləsi imzalayır, Fransanın az qala silahlı qüvvələrini öz ərazisinə gətirir. Bunlar hamısı Paşinyanın gözlənilən addımları idi. Niyə indi edir? Çünki Ermənistan şübhəsiz ki, varlığının 90%-ni Rusiyaya borcludur və Paşinyana qədər də belə idi. Həm qurulması, həm Qarabağın işğalı, həm də Ermənistanın iqtisadiyyatının hamısı Rusiyadan asılı idi. Paşinyan təzə gələndə istəsə də birbaşa Rusiyadan qoparaq Qərbəyönümlü siyasət yürüdə bilməzdi, çünki bütün mexanizmlər çökərdi".
Bu sözləri azxeber.com-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı Ermənistanın Rusiyaya nota göndərməsindən və bu ölkənin ABŞ ilə strateji tərəfdaşlıq müqaviləsinin imzalanmasından danışarkən deyib.
Partiya rəhbərinin sözlərinə görə, Ermənistanın Qərbəyönümlü siyasət yeritməsi Rusiya tərəfindən cavabsız qalmayacaq:
"Paradoks hallar var, ölkə Avrasiya İttifaqının üzvüdür, indi isə Avropa İttifaqının üzvü olmaq üçün müraciət edirlər. Həm KTMT-nin üzvüdürlər, həm də ABŞ-lə strateji tərəfdaşlıq imzalayırlar. Bu o deməkdir ki, Ermənistan artıq Rusiyanın caynağından yavaş-yavaş sürüşüb çıxmağa çalışır, amma biz bilirik Rusiyanın qaynağından sürüşüb çıxmaq istəyən dövlətlərin taleyi necə olur və hələlik Ermənistan ola bilsin bunu dərk etmir, amma mən inanmıram ki, bütün bu addımlar Rusiya tərəfindən cavabsız qalsın. Düzdür, zamanında Azərbaycan Ermənistanın Rusiyaya qarşı etdiklərini eləsə idi, indi yəqin ki, rus tankları Bakıya qədər gəlmişdi. Niyə Ermənistana bu qədər loyal yanaşırlar? Çünki ruslar erməniləri, ermənilər də rusları özlərinə daha yaxın hesab edirlər, nəinki Azərbaycan-Rusiya. Amma görünən o oldu ki, Qarabağ müharibəsindən sonra Ermənistan rusların onları satdığını düşünür və ondan sonra antiterror əməliyyatında bir daha satdığını fikirləşir. 2021-ci ildə üç günlük sentyabr əməliyyatları olanda da onlar KTMT-yə müraciət etdilər ki, guya ərazi bütövlüyü pozulub, orada da Rusiya cavabsız qoydu, bütün bunları əsas gətirmək mümkündür. Rusiyanın bunlara reaksiyası necə oldu, onu zaman göstərəcək. Təbii ki, Azərbaycan öz maraqlarını güdür".
"Amerikayla strateji əməkdaşlıq müqaviləsi imzalamaq, Amerikanın qoşunlarını Azərbaycanla sərhəddə gətirmək və ya da Avropa İttifaqının missiyası adı altında ordunu gətirib Azərbaycanın sərhədində düzmək Azərbaycanın maraqlarına ziddir. Müharibə təhlükəsinə gəldikdə isə, təbii ki, Ermənistanda iri dövlətlər tərəfindən maliyyə əldə etdiyini düşünərək revanşist hissləri yarana bilər və aqressiya yarada bilərlər. Amma mən düşünürəm ki, bu zaman Azərbaycanın maraqları daha tez təmin olunar".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 16 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber az sonxabar ən son xəbərlər bugün son xəbərlər bugün 2026