"Əsasnamə ATƏT-in təlimatlarına uyğundur" - Qriqor Minasyan
Ermənistan hökuməti sentyabrın 5-də keçiriləcək iclasda Azərbaycanla delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında əsasnaməni (reqlament) təsdiq edəcək.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.
O bildirib ki, təsdiqdən sonra sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək.
"Azərbaycan reqlamentin təsdiqi prosesinə başlayıbmı?" sualına cavab olaraq nazir verilən açıqlama ilə kifayətlənməyin düzgün olacağını söyləyib:
"Bununla bağlı verdiyimiz açıqlamalarla kifayətlənmək düzgün olardı. Elə bir reqlament var ki, cümə axşamı hökumət tərəfindən beynəlxalq müqavilə layihəsi kimi təsdiqlənəcək və Konstitusiya Məhkəməsinə göndəriləcək. Hesab edirəm ki, bu, konsensual və yüksək keyfiyyətli sənəddir, ATƏT-in təlimatlarına uyğundur".
Xatırladaq ki, Avqustun 30-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Ermənistan hökuməti sentyabrın 2-də sərhədin delimitasiya komisssiyalarının birgə fəaliyyətinin nizamnaməsini dərc edib.
Aygün Mirakif,
KONKRET.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var