Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz

Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etirazAQTA ölkəyə idxal olunan heyvanların daşınması ilə bağlı yeni tələblər müəyyən edib.
Agentliyin məlumatına əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanlar yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınacaq. Keçid dövrü çərçivəsində isə 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək.
Qəssablar bu qərarın ətin qiymətinə təsir edəcəyi qənaətindədirlər. Onların sözlərinə görə, xüsusi avtomobillərlə daşınma baha başa gələcəyi üçün heyvan ətinin bahalaşması da qaçılmaz olacaq.
İqtisadçı Natiq Cəfərli azxeber.com-a açıqlamasında deyib ki, istənilən tənzimləmə qaydalarının sərtləşməsi əlavə xərc tələb edir:
Ət bahalaşa bilər: AQTA-nın yeni tələbinə etiraz"İstənilən tənzimləmə qaydalarının sərtləşməsi əlavə xərc tələb edir. Əgər diri heyvanların daşınması ilə bağlı yeni şərtlər qoyulursa, bu, xüsusi təchiz olunmuş avtomobillərin alınmasını, yeni infrastrukturun yaradılmasını və əlavə xərclərin çəkilməsini zərurətə çevirir. Əlavə xərclər isə məhsulun maya dəyərini artırır. Maya dəyəri artdıqca qiymətlər də yüksəlir".
İqtisadçı qeyd edib ki, bütün bu xərclərin son nəticədə istehlakçıların üzərinə düşməsi qaçılmazdır:
"İstənilən tənzimləmə qaydasının son ödəyicisi Azərbaycan vətəndaşı olur. Qiymət artımı sonda vətəndaşın cibindən çıxır. Buna görə də biz uzun illərdir hesab edirik ki, Azərbaycanda daha kiçik və effektiv hökumət modeli formalaşdırılmalıdır. Tənzimləyici mexanizmlərin bir hissəsi əhəmiyyətli dərəcədə yumşaldılmalı, bəziləri isə tamamilə ləğv edilməlidir".
O vurğulayıb ki, "Bu yenə aşırı tənzimləmə, yenə müdaxilə, yenə Avropa Birliyini iqtisadi "loser"ə çevirən səhvlərin təkraralanmasıdır. Əl çəkin insanlardan, imkan verin biznes qura, onu inkişaf etdirə bilsinlər, bu qədər mənasız tənzimləmə, qadağa, cərimə nəyə lazımdır axı?! Qoyun-quzunu limuzində daşımalıdırlar?! Dədə-babalarımız arabalarda daşıyıblar, nəsə olub o heyvanlara?!".
İqtisadçı bildirib ki, onsuz da artan ət qiymətləri yeni qayda ilə daha da artacaq:
"Ölkədə onlarla məzmunsuz qurum var, əksəriyyəti ləğv edilməlidir, "kiçik və effektiv" hökumət modelinə təcili keşməliyik, yoxsa iqtisadi daralma sürətlənəcək, iqtisadiyyatın çarxları bir-bir sıradan çıxacaq.
Belə qərarlar ancaq qiymətləri artırır, biznes əlavə xərci qiymətin üzərinə gəlir - yəni, AQTA bu qərarla zatən sürətlə artan ət qiymətlərini yenə bahalaşdırır".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 12 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne