Ətin qiyməti niyə od tutub yanır?

Ətin qiyməti niyə od tutub yanır?"Azərbaycanda son illər mal və qoyun ətinin qiymətində müşahidə olunan artımın əsas səbəbi yem çatışmazlığı və heyvan sayının azalmasıdır".
Bunu "Bakupost"a kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
Ekspert bildirib ki, ölkədə yem istehsalı tələbatı ödəmir:
"Azərbaycanda tələbatdan iki dəfə az ot, on dəfə az yem istehsal olunur. Heyvan yem olmadan ət vermir. Qida rasionu zəif olduğu üçün heyvanların gündəlik çəki artımı cəmi 400-500 qram təşkil edir. Bu isə ətin maya dəyərini artırır."
Onun sözlərinə görə, örüş sahələrinin azalması və məhsuldarlığın aşağı düşməsi də heyvandarlığa mənfi təsir göstərir. Nəticədə heyvanların baş sayı azalır, bazarda təklif zəifləyir və qiymətlər yüksəlir.
V.Məhərrəmli qeyd edib ki, Azərbaycanda adambaşına illik ət istehsalı 36-38 kiloqram civarındadır. Halbuki normal göstərici təxminən 76 kiloqram hesab olunur:
"Əhalinin alıcılıq qabiliyyəti zəif olsa da, ətə tələbat yüksəkdir. İnsanlar ailələrinin normal qidalanmasını istəyirlər. Təəssüf ki, bu gün ət bir çox ailə üçün əlçatan deyil."
Ekspert bildirib ki, son iki ildə dünya bazarında da ətin qiyməti artır. Bunun səbəblərindən biri qlobal istiləşmə və bir çox ölkələrin ixracı azaltmasıdır.
Onun sözlərinə görə, əvvəllər Azərbaycana diri heyvan ixrac edən bəzi ölkələr artıq məhsullarını daha yüksək qiymətə başqa bazarlara satırlar:
"Gürcüstan artıq diri heyvanı Azərbaycana deyil, daha yüksək qiymətə ərəb ölkələrinə ixrac edir. Hazırda Monqolustandan kəsilmiş ət gətirilir. Lakin bu da uzunmüddətli həll deyil. Daha böyük bazarlar həmin məhsulu aldıqca Azərbaycanın idxal imkanları zəifləyə bilər."
Ekspert hesab edir ki, yaxın illərdə həm diri heyvan, həm də ət idxalında azalma baş verə bilər. Bu isə daxili bazarda ətin qiymətinin daha da bahalaşmasına səbəb olacaq. / azxeber.com

İqtisadiyyat       Tarix: 24 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne