Əvəz Zeynallının cinayət işi ilə bağlı yeni məlumatlar: Bir nəfər axtarışa verildi - RƏSMİ

Əvəz Zeynallının cinayət işi ilə bağlı yeni məlumatlar: Bir nəfər axtarışa verildi - RƏSMİ"Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlu, "Səda TV" MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Şükürov Elnur Zakir oğlu və Sadıqov Elçin Əli oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir.
azxeber.com xəbər verir ki, aparılmış istintaqla bir sıra media subyektlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında maddi nemət müqabilində ayrı-ayrı şəxslərin xeyrinə hərəkət edilməsi məqsədilə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə edərək müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilmişdir.
Belə ki, vəzifəli şəxs olan "Xural Yayınları" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan "Səda TV" MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və sonuncunun tanışı Rəhimov Teymur Sabir oğlu qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gələrək Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının "Xural TV" internet kanalının təsir imkanlarından istifadə edərək təşkili müqabilində 11.070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Bununla yanaşı, eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynalov və Elnur Şükürov sonuncunun tanışı Vəliyev Telman Hüseyn oğlunun Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7000 manat alaraq "Xural TV" internet kanalının təsir imkanlarından istifadə etməklə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib tikintinin aparılmasına icazə verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Əvvəllər xəbər verildiyi kimi, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50.000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İstintaqla Elnur Şükürovun qeyd edilən əməli də Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu və Şükürov Elnur Zakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilmiş, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir.
Təqsirləndirilən şəxslərin digər qanunsuz əməllərinin ifşa edilməsi, habelə bu kimi əməllərdə iştirak etmiş digər media subyektləri və nümayəndələri, habelə başqa şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Siyasi       Tarix: 23 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Azərbaycan XİN Fələstini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fələstini Milli Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Fələstin xalqını və hökumətini Mill

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberlər valyuta mezennesi banklar şou biznes xəbərləri kriminal bugun