"Expressbank"ın maliyyə institutlarına borcları 87 mln. manat artıb 

"Expressbank" 2023-cü il üzrə maliyyə hesabatlarını açıqlayıb.
KONKRET.az xəbər verir ki, ötən il "Expressbank"ın xalis mənfəəti illik müqayisədə 3,2% və ya 393,9 min azalaraq 12,01 milyon manat təşkil edib. 2022-ci ildə bank 12,4 milyon manat xalis mənfəət əldə etmişdi.
Hesabat dövründə bankın faiz gəlirləri 19.5% artaraq 57,7 milyon manat, faiz xərcləri isə 50.2% artaraq 15,5 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 18,96 milyon manata ( illik müqayisədə 2.8% çox ), qeyri-faiz xərcləri isə 42,7 milyon manata ( illik müqayisədə 5,4% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 18,5 milyon manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilə nisbətən 19% və ya 2,9 milyon manat çoxdur.
Cari ilin yanvarın 1-nə bankın aktivləri illik müqayisədə 28,2% və ya 123,3 milyon manat artaraq 560,2 milyon manata yüksəlib. Ötən il "Expressbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2,6 dəfə artaraq 409,3 milyon manata çatıb. Bankın kredit portfelində istehlak kreditləri 189,4 milyon manat, biznes kreditləri 113,4 milyon manat, daşınmaz əmlak kreditləri isə 106,5 milyon manat təşkil edib.
Bu dövrdə "Expressbank"ın cəmi öhdəlikləri 430,3 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 20% çoxdur. Bankın depozit portfeli də ötən il 19,3% manat artaraq 230,4 milyon manata çatıb. Maraqlıdır ki, bankın kredit təşkilatları və maliyyə institutları qarşısında öhdəlikləri son bir ildə 2,3 dəfə ya 87 milyon manat artıb. 2022-ci ildə bu öhdəlik 67,5 milyon manat olubsa, ötən il bu rəqəm 154,4 milyon manata kimi yüksəlib.
2023-cü il üzrə "Expressbank"ın cəmi kapitalı əvvəlki il ilə müqayisədə 0,6% artaraq 129,9 milyon manat təşkil edib.APA-Economics

Sosial       Tarix: 15 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Bu şəxslər 10 dəfə az ödəniş edəcək – Tək bir şərt var

2027-ci ildən kənd təsərrüfatı ilə məşğul olan fermerlər və sahibkarlar üçün yeni vergi güzəştləri tətbiq ediləcək, bir sıra mövcud azadolmaların müddəti uzadılacaq. yenisabah-a istinadən xəbər verir ki, Vergi Məcəlləsin

Birinci xanımlar bir arada - Fotolar

Noyabrın 21-də Hanoyda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Vyetnamın birinci xanımı No Fon Li ilə Hanoydakı İrs Evində görüşü olub. xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya

107 ildə 27 rektor: BDU-ya kimlər rəhbərlik edib?

Xəbər verdiyimiz kimi, Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. Universitetdə baş verən bu rəhbərli

Ölən şəxsin kredit borcu silinir? – EKSPERT AÇIQLADI

Azərbaycanda kredit borcu olan şəxsin vəfat etməsi onun bank qarşısındakı öhdəliklərinin taleyi ilə bağlı bir sıra suallar yaradır. Xüsusilə, dünyasını dəyişən şəxsin övladlarının və digər ailə üzvlərinin həmin borcu ödəməy

Nazirdən maaşlarla bağlı MÜHÜM AÇIQLAMA

İşəgötürənlər işçilərinin bilik və bacarıqlarının artırılmasında maraqlı olmalı, bu istiqamətdə investisiya yatırmalıdırlar. xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Peşə Təhsili Forumu 202

Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə

Azərbaycanın kosmik xidmətlərinin ixracından əldə olunan gəlir 2026-cı ilin ilk səkkiz ayında 17,4 milyon dollar təşkil edib. xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib. O bildiri

BDU-da nə dəyişəcək? - Kadr islahatı, imtahan sistemi…

Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadənin ilk addımlarından biri imtahan sistemini dəyişdirmək olacaq. xəbər verir ki, bunu  -a açıqlamasında təhsil ekspert Ramin Nurəliyev bildirib. O qeyd edi


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxabar son xeber.az ən son xəbər cəbhədən ən son xəbərlər