"Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı keçiriləcək
İyulun 9-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı start götürəcək.
Nazirliyin Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, turnir iki gün davam edəcək.
Yarış Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili" çərçivəsində təşkil ediləcək.
10-dək ölkənin velosipedçilərinin mübarizə aparacağı turnir iki mərhələdən ibarət olacaq. İyulun 9-da keçiriləcək birinci mərhələ Bakı şəhərinin Pirallahı rayonunda "Nərəkənd" parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 km məsafədə fərdi ötüşmə növündə mübarizə aparacaqlar.
İyulun 10-da keçiriləcək ikinci mərhələ isə Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki "Qarabağ" otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Hikmət Hacıyevdən Turala diplomatiya və media dərsi - Hacıbəy Heydərli yazır
Salyandakı qəzada ölənlərin FOTOLARI
"Bu səfərlərin çox böyük siyasi mənası var
Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat aldı
Rusiyanın Zaporojye AES-lə bağlı planları belə pozuldu
ABŞ İrana qarşı zərbə dalğasının başa çatdığını açıqladı
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ oldu
Bir və "UnionPay" tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
Bakıda oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı
"Euronews" İlham Əliyevin Almaniyaya səfərindən yazdı
Neft bahalaşacaq
Keçmiş müdafiə naziri Fedorovun prezidentlik iddiaları - ŞOK DETALLAR bilindi
Trampdan İrandan olan hücumla bağlı sərt açıqlama
Nigar Fərhad haradadır?