F1 Azərbaycan Qran Prisinə ən çox bilet bu ölkələrdən alınıb

F1 Azərbaycan Qran Prisinə ən çox bilet bu ölkələrdən alınıbFormula 1 Azərbaycan Qran Prisinə ən çox bilet Niderland və Böyük Britaniyadan alınıb.
KONKRET.azTrend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.
T.Teymurov qeyd edib ki, 2023-cü ilin Formula 1 Azərbaycan Qran Prisinə bilet satışı indiyə qədər keçirilən yarışlardan daha sürətli satılır.
O bildirib ki, tribunaların bir çoxuna biletlər artıq tamamilə satılıb:
"Qalan tribunalarda isə çox az yer qalıb. Abşeron tribunasının B seksiyası, Filarmoniya tribunası, Sahil tribunası və Bulvar tribunasına biletlər tam satılıb. Muğam tribunasına isə çox az bilet qalıb. Görünür növbəti günlərdə bu tribunaya biletlər bitəcək".
Mətbuat katibi vurğulayıb ki, statistikaya görə bu il bilet satışlarında bütün rekordlar qırılıb:
 "Formula 1 artıq yeddinci ildir ki, ölkəmizdə keçirilir və bu il ilk dəfədir ki, bu cür nailiyyətlər əldə etmişik".
Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28–30 aprel tarixlərində keçiriləcək.

İdman       Tarix: 08 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri sonxabar az krminal bu gun hava