Fatih Terim Azərbaycan millisinin baş məşqçisi olacaq?
Türkiyə yığmasının və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Azərbaycan millisinə rəhbərlik edə bilər.
KONKRET.az xəbər verir ki, "FutbolPress"in məlumatına görə, 70 yaşlı mütəxəssis menecerlər vasitəsilə AFFA-ya təklif olunub. Qurum Terimin namizədliyini nəzərdən keçirir, ancaq qərar verməyə tələsmir.
AFFA-nın baş katibi Sərxan Hacıyev daha əvvəl açıqlamasında milliyə Azərbaycan mentalitetinə uyğun məşqçi gətirmək istədiklərini bildirib. AFFA İcraiyyə Komitəsi bu posta namizəd yerli və əcnəbi məşqçilərin siyahısını hazırladıqdan sonra yekun qərarı verəcək.
Terim 2022-ci ilin yanvarından işsizdir. Mütəxəssis 1999/2000 mövsümündə "Qalatasaray"la UEFA Kubokunu qazanıb. O, "sarı-qırmızılar"la 8 dəfə Super Liqada, 3 dəfə Türkiyə kubokunda, 4 dəfə də Türkiyə Superkubokunda qalib olub.
1993-1996, 2005-2009 və 2013-2017-ci illərdə ölkəsinin millisinə rəhbərlik edən Terim İtaliyada "Milan" və "Fiorentina"da da işləyib.
Turlar.az [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi