Fazil Mustafa SƏRT DANIŞDI: "Haradan yığılıb, necə yığılıb, bəlli deyil"

Fazil Mustafa SƏRT DANIŞDI: Fernandu Santuşa nə qədər pul verirsinizsə, bilmirəm, onun 1/10 hissəsini bir yetim azərbaycanlı baş məşqçiyə versəydiniz, heç olmasa, üç ayda bir qələbə qazanardı.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sosial şəbəkə hesabında bu gün Azərbaycan millisinin Nelarusa məğlubiyyəti haqda yazıb.
Onun sözlərinə görə, Belarusa öz meydanında 0:2 hesabı ilə uduzan kollektiv gerçəkdən də bir yığma komandadır:
"Haradan yığılıb, necə yığılıb, bəlli deyil. Buna elə yığma komanda deyilməlidir. Çünki milli komanda belə olmur".
F.Mustafanın fikrincə, Azərbaycanda nə futbol idarəçiliyi, nə də müasir anlamda futbol var:
"Sadəcə, imtiyazlı və futboldan üzaq bir qrup adamın işlətdiyi futbol təsərrüfatı var. Yarı fərdi, yarı kollektiv təsərrüfatdır. Hərdən adama elə gəlir ki, "Qarabağ" komandası da başqa planetdən gəlib. Başqa planetdən gələnlərə toxuna bilmədiklərinə görə onu əngəlləyə bilmirlər. Təsəvvür edin ki, bir "Qarabağ" komandasının Avropa Liqasının qrup mərhələsinə çıxması Premyer Liqada oynayan digər komandaların hər birinə 1 milyon avro pul qazandırıb. Yəni, bir komanda digər komandalar üçün oksigen balonu rolu oynayır".

İdman       Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava