Federal Təhlükəsizlik Xidməti azərbaycanlı qaçaqları saxladı

Federal Təhlükəsizlik Xidməti azərbaycanlı qaçaqları saxladıRusiyanın İsilkul Şəhər Məhkəməsi dörd Azərbaycan və 1 Özbəkistan vətəndaşı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
KONKRET.az xəbər verir ki, həbs olunanlar qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən Emil İdris oğlu Yusublu, o cümlədən Vüqar Boyqaq oğlu Cəbrayılov, Roman Etibar oğlu İsmayılov, Elnur Bəkir oğlu Hüseynov və Güllolə Erkinovna Botırovadır.
Omsk vilayət məhkəməsinin rəsmi məlumatında qeyd olunub ki, Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçərkən saxlanılan əcnəbilər nəzarətə götürülüb. Təqdim olunan materiallardan belə məlum olub ki, 2024-cü il dekabrın 29-da İsilkul rayonunda 39 yaşlı Azərbaycan vətəndaşı üç nəfərin Qazaxıstan ərazisindən Rusiyaya qanunsuz keçidini təşkil edib. Qanunsuz ölkəyə keçirilənlər isə onun həmyerliləri, habelə Rusiyaya girişi qadağan olunmuş Özbəkistan vətəndaşıdır.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin 1-ci hissəsi və 322-ci maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanıb. Cinayətdən dərhal sonra şübhəlilər Rusiyanın Omsk vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə materialların baxılmasının nəticələrinə əsasən qrupun bütün üzvləri barəsində həbs qətimkan tədbiri seçib. Qətnamələr qanuni qüvvəyə minməyib.//Lent.az

Hadisə       Tarix: 12 yanvar 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İzmirdə zavodda baş verən güclü partlayışda 16 nəfər öldü

Türkiyənin İzmir vilayətinin Əliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilə

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

Minaya düşən traktorçunun bir əli amputasiya olundu

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində mina partlayışı nəticəsində xəsarət alan traktorçu əməliyyat olunub. xəbər verir ki, hadisə zamanı xəsarət alan Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovu

Eldar Azadov vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib. xəbər verir ki, bu barədə UNEC-in Mətbua

Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü

Naxçıvanda hərbi xidmət keçən gənc əsgər naməlum şəraitdə ölüb. -a istinadla xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun oktyabr çağırışlı hərbi qulluqçusu Elnar Tağıyev buraxılışda olarkən Naxçıvan şəhərində yerləşən Sahi

Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi

Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilərək axtarışa verilən 74 yaşlı qadın həbs edilib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, cinayət işi üzrə məhkəməyə gəlmədiyinə görə axtarışda olan Qədə

İzmirdə fabrikdə güclü partlayış: ölənlər var

İzmirdə fabrikdə güclü partlayış baş verib. xəbər verir ki, bu barədə NTV məlumat yayıb. Bildirilib ki, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğı

Gənc iş adamı toyda qəfil öldü - Foto

Kürdəmir rayonunda iş adamı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində baş verib. Belə ki, rayon sakini, iş adamı kimi tanınan Vüqar Nağıyev toy məclisi zaman

Bakıda dava: 33 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Nəcməddin Fəxrəddin oğlu Mehdiyev onun ünvanın qeyri eti


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri hava sonxeber cəbhədən son durum