Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - ŞOK TƏFƏRRÜAT

Fəhlə yoldaşını öldürüb hissələrə böldü, qalıqlarını gölə atdı - ŞOK TƏFƏRRÜATBakı Ağır Cinayətlər Məhkəməsində fəhlə yoldaşını qətlə yetirərək meyiti hissələrə ayıran və dərəyə atan Fazil Feyzullayev və ona kömək etməkdə təqsirləndirilən Ülvi Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
KONKRET.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Babək Güləliyev şahid qismində ifadə verib.
"Hadisədən dörd ay sonra mənə zəng etdilər. Həmin vaxt sürücü yolda sürət həddini aşdığı üçün mən ona sayrışan işıqlarla işarə verdim. Avtomobili saxlayandan sonra ona yaxınlaşaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu bildirdim. O isə cavabında maşında zibil olduğunu və onu atmağa tələsdiyini deyərək üzrxahlıq etdi". Sezar pizza
Məhkəmənin növbəti iclası mayın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Nəsimi rayonu ərazisində baş verib.
Belə ki, gecə saat 4 radələrində 1977-ci il təvəllüdlü Fazil Feyzullayev kirayə yaşadığı evdə fəhlə yoldaşı, Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü İsgəndər Əliyevi küt alətlə qətlə yetirib. Daha sonra o, meyiti avtomobillə Ağsu dolaylarına gətirərək hissələrə ayırıb. Meyitin hissələrindən ikisini dolaylardakı dərəyə, digər iki hissəsini isə rayon ərazisindəki Cavanşir gölünə atıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin üstü açılıb, Fazil Feyzullayev və ona kömək edən Ülvi Abbasov saxlanılıb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq), F.Feyzullayevə qarşı eyni zamanda 245-ci (meyit üzərində təhqiredici hərəkət) maddələri ilə ittiham irəli sürülüb./Oxu.az

Hadisə       Tarix: 07 may 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu gun az xeber kriminal xeberler xeber.az 2026