Fermerlərə şad xəbər: gübrənin qiyməti ucuzlaşdı

Fermerlərə şad xəbər: gübrənin qiyməti ucuzlaşdı"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti fermerlərin gübrəyə olan tələbatını və əlçatanlığını təmin etmək məqsədilə, ammofos gübrəsinin qiymətində endirim edib.
"Aqroservis" ASC-dən Milli.Az-a verilən məlumata görə, ASC tərəfindən satılan ammofos gübrəsinin 1 tonunun qiyməti 1000 manatdan 933,33 manata, "Fermer kartı"ndan çıxarılan məbləğ (70%) 1 kisənin qiymətinə görə 35 manatdan 32,67 manata, fermerin öz vəsaiti hesabına ödədiyi 30% məbləğ isə 15 manatdan 14 manata endirilib.
Yeni subsidiya qaydalarına əsasən, gübrə alışında 70% güzəşt fermerin "Fermer kartı"nda olan subsidiya məbləğindən, 30% dəyər isə fermerin şəxsi vəsaiti hesabına, pestisidlər üçün isə tam dəyər isə "Fermer kartı"nda olan subsidiya məbləğindən ödənilir.
Hazırda Cəmiyyət tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin (ammofos, kükürdlü ammofos, ammonium-nitrat, ammonium-sulfat, kalium-sulfat, karbamid və nitroammofoska) güzəştli şərtlərlə səyyar satışı həyata keçirilir. Səyyar satışın təşkilində məqsəd fermer və sahibkarların məsafə və əlavə məsrəf itkisinə yol verməməsidir. "Aqroservis" ASC əməkdaşları bir çox hallarda satılan gübrələrin evlərə pulsuz çatdırılmasını təmin edirlər.
Səyyar satış zamanı vətəndaşlar yeni subsidiya qaydalarına əsasən heç bir əlavə sənəd təqdim etmədən, yalnız "Fermer kartı" və şəxsiyyət vəsiqəsi təqdim etməklə mineral gübrə əldə edə bilirlər.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Pensiya alanların nəzərinə - Bu tarixdə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbərlər xabar az cəbhədən canlı metbuat