Fərrux yüksəkliyindəki antiterror əməliyyatını DTX keçirib

Fərrux yüksəkliyindəki antiterror əməliyyatını DTX keçirib"44 günlük Vətən müharibəsi dövründə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İraq və Suriyadan gətirilmiş, terror qruplaşması ilə əlaqəli olan şəxslərin radio danışıqlarının əldə olunması, döyüşlərdə iştirak edən livanlı muzdlu-terrorçunun saxlanılaraq məsuliyyətə cəlb edilməsi Azərbaycana qarşı aparılan hərbi əməliyyatlarda müəyyən maddi qarşılıq müqabilində düşmən tərəfində xarici vətəndaşların iştirakını təsbit edən faktlar kimi vurğulanmalıdır".
Bunu DTX rəisi general-polkovnik Əli Nağıyev "Azərbaycan" qəzetindəki məqaləsində bildirib.
Onun sözlərinə görə, müharibədən sonrakı dövrlərdə ağır məğlubiyyətdən dərs çıxarmayan erməni silahlı birləşmələrinin törətdikləri təxribatların qarşısının alınması məqsədilə 2020-ci ilin dekabr ayında Xocavənd rayonunun Hadrut qəsəbəsində və 2022-ci ilin mart ayında Xocalı rayonunun Fərrux yüksəkliyində Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı qüvvələrinin keçirdikləri uğurlu antiterror əməliyyatları, həmçinin 2021-ci ilin may ayında Kəlbəcər rayonunun Dəmirdağ yüksəkliyində Azərbaycan Ordusunun təminat yollarını minalayan Ermənistanın kəşfiyyat-diversiya qrupunun terrorçuluq fəaliyyətinin qarşısının alınması əməliyyatı da xüsusilə qeyd edilməlidir.
Əli Nağıyev təəssüflə qeyd edib ki, Vətən müharibəsindən sonra 6 hərbi qulluqçumuzun taleyi hələ də qeyri-müəyyən olaraq qalmaqdadır və onların axtarış prosesi hazırda aktiv şəkildə davam etdirilir.
"İnanırıq ki, onların yaxınlarının və ailə üzvlərinin həsrətinə tez bir zamanda son qoyulacaq və hərbçilərimizin taleyinə tezliklə aydınlıq gələcək", - deyə Əli Nağıyev əlavə edib.
Əli Nağıyev bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində çalışmaq istəyi ilə müraciət edən şəhid ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, müharibə veteranları və iştirakçılarının Xidmətdə işlə təmin olunması istiqamətində də müvafiq tədbirlər görülməkdədir. / azxeber.com

Siyasi       Tarix: 05 noyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Azərbaycan sabitliyin ciddi amilidir - Şimali Makedoniyanın Prezidenti

Azərbaycan sabitliyin ciddi amilidir, 2028-ci ildə Avropa Siyasi Birliyinin (ASB) sammitinin ölkədə keçirilməsi isə Bakıya göstərilən etimadı, onun regional və beynəlxalq proseslərdəki rolunun tanındığını nümayiş etdirir

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumat bu gunun xeberleri cəbhədən son görüntülər kriminal