FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Fövqəladə Hallar Nazirliyi (FHN) yaxın günlərdə gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
azxeber.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkənin bəzi ərazilərində intensiv yağış yağacağı, ayrı-ayrı dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.
FHN sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmağı, belə vəziyyətlə qarşılaşdıqda isə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmağı tövsiyə edir.
Nazirlik ildırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq havada elektrik xətləri, antenalar və hündür ağacların yaxınlığında dayanmamağı məsləhət görür. Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırıb təhlükə keçənədək gözləmələri tövsiyə olunur.
Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altından uzaq durmaq tövsiyə edilir.
FHN, həmçinin küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, güclü külək zamanı dənizə girmək təhlükəlidir, kiçikhəcmli gəmi istifadəçilərinin isə belə hava şəraitində dənizə çıxması qadağandır.
Nazirlik xatırladıb ki, təhlükəli vəziyyətlə qarşılaşdıqda dərhal 112 qaynar xəttinə müraciət edilməlidir.
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər