FIDE reytinqi: Teymur Rəcəbov geriləyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
KONKRET. az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 2723 xalla 9 pillə geriləyərək 26-cı sırada qərarlaşıb. Onunla eyni xalı bölüşən Teymur Rəcəbov (2723) 14-cü yeri 27-yə dəyişib.
2651 xalı olan Rauf Məmmədov 9 pilləlik sıçrayışla 90-cı yerə yüksəlib. Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2641) 53-cü sıradan 98-ə enib. Rauf Hüseynov isə reytinq cədvəlini tərk edib.
Siyahıya norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2794), üçüncü sırada isə onun həmyerlisi Hikaru Nakamura (2788) yer alıb.
Qadın şahmatçılar arasında ən yaxşı göstəriciyə malik Günay Məmmədzadə (2449) 2 pillə irəliləyərək 27-ci yerə yüksəlib. Ülviyyə Fətəliyeva (2384) 67-ci, Gövhər Abdullayeva (2374) 77-ci, Xanım Balacayeva 98-ci və Gülnar Məmmədova (hər ikisi 2350) isə 99-cu yerləri tutublar.
Xidmetler [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi