FİFA-dan Pele ilə bağlı ÇAĞIRIŞ
Beynəlxalq Futbol Federasiyası (FİFA) gələn həftənin sonuna qədər bütün qarşılaşmaların üçqat dünya çempionu braziliyalı Pelenin xatirəsinə bir dəqiqəlik sükutla başlamasını xahiş edib.
KONKRET.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə FİFA-nın bütün 211 milli assosiasiyaya göndərdiyi mesajda bildirilib.
İngiltərə Premyer Liqası elan edib ki, dekabrın 30-dan yanvarın 1-dək keçiriləcək çempionatın növbəti turunun bütün oyunları "futbol kralı"nın xatirəsinə bir dəqiqəlik alqışlarla başlayacaq və futbolçular meydana qara sarğı ilə çıxacaqlar.
Qeyd edək ki, Pele dekabrın 29-da səhhətinin pisləşməsi ilə əlaqədar bir ay əvvəl qəbul olunduğu San-Pauludakı özəl klinikalardan birində 82 yaşında vəfat edib. Braziliyada üç günlük matəm elan edilib.
Xatırladaq ki, Pele 3 qat (1958, 1962, 1970-ci illər) dünya çempionu olan yeganə futbolçudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Sabiq forvard FIFA-nın versiyasına əsasən XX əsrin ən yaxşı futbolçusu elan edilib.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA