FIFA prezidenti dünya çempionatı zamanı Ukraynada müharibəni dayandırmağı TƏKLİF ETDİ

FIFA prezidenti dünya çempionatı zamanı Ukraynada müharibəni dayandırmağı TƏKLİF ETDİFIFA prezidenti 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı Ukraynada müharibəyə son qoymağı təklif edib.
KONKRET.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino İndoneziyada keçirilən G20 sammitində dövlətlərin liderləri qarşısında çıxış edib.
Futbol rəsmisi Rusiya Federasiyasını təşkilatdan qovmaq və təcavüzkar ölkəyə kamikadze pilotsuz təyyarələr verən İranı 2022-ci il dünya çempionatında iştirakdan kənarlaşdırmaq əvəzinə, Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs üçün dünya çempionatından tramplin kimi istifadə etməyi təklif edib.
"Mən hamıya Dünya Kuboku zamanı Ukrayna və Rusiya arasında bir ay müddətində atəşkəs barədə düşünməyi təklif edirəm. Və ya heç olmasa sülhə doğru ilk addım kimi dialoqun bərpasına səbəb ola biləcək humanitar dəhlizlərin yaradılmasına çağırıram.
Siz dünya liderlərisiniz, tarixin gedişatına təsir etmək qabiliyyətiniz var. Futbol və Dünya Kuboku sizə planetdə birlik və sülh üçün unikal platforma təklif edir", – deyə  İnfantino bildirib.
Qeyd edək ki, Ukrayna tərəfi münaqişənin istənilən dondurulmasından imtina edir. Çünki bu, Rusiya qoşunlarının işğal olunmuş ərazilərdə möhkəmlənməsinə imkan verəcək.
Xatırladaq ki, Rusiya 2022-ci il Dünya Çempionatının seçmə turnirindən Ukraynaya genişmiqyaslı müdaxilənin başlamasından sonra kənarlaşdırılıb.
Lakin Rusiyanın Ukraynanı işğal etməsinə baxmayaraq, FİFA Rusiyanı təşkilatdan kənarlaşdırmağa tələsmir. Üstəlik, DÇ-2022 başlamazdan əvvəl FİFA-nın dünya çempionatının oyunlarının yayım hüquqlarını Rusiya kanalına satdığı məlum olub.
Əlavə edirik ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Dünya çempionatı Qətər – Ekvador oyunu ilə başlayır.
Xuraman Etibarlı,
KONKRET.az

İdman       Tarix: 15 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


azerbaycan xeberleri yeni xeberler son xeberler bugun xeberler son.xeberler beynelxalq bank mezenne valyuta mezenesi