FİFA Ukraynaya görə tənqid olunur - ŞƏRH

FİFA Ukraynaya görə tənqid olunur - ŞƏRHRusiyanın Ukraynaya hücumundan sonra bu ölkədə bir çox sahələr öz işini dayandırıb. Ukrayna futbolunda da vəziyyət kökündən dəyişib. Müharibə gedən ölkənin futbol təsərrüfatında müəyyən problemlər olsa da, Ukrayna futbolu yaşayır və komandalar uğurlu çıxışlarını davam etdirirlər. Ukrayna futbolunun qabaqcıl klublarından olan "Şaxtyor"un ötən mövsüm avrokuboklardakı uğurlu çıxışı, yığma komandanın Avropa Çempionatının seçmə mərhələsində parlaq oyunu belə deməyə əsas verir. Amma ukraynalılar FİFA-nın dəstəyindən gileylidirlər.
"Şaxtyor"un direktoru Palkin FİFA-dan lazımi dəstək almadıqlarını bildirib və buna görə Beynəlxalq Futbol Təşkilatını tənqid edib:
"Hər kəs bizi dəstəkləmək üçün nəsə etməyə çalışır. Amma FİFA hələ də susur".
Palkin klubla müqaviləni dayandıran legionerlərə görə böyük maliyyə itkiləri ilə üzləşdiklərini deyib və bunun üçün FİFA-nın yardımına ehtiyac duyduqlarını bildirib:
"FIFA inamımızı öldürdü. İndi biz nəyəsə sərmayə qoymazdan əvvəl iki dəfə düşünəcəyik, çünki FİFA seyirçi mövqe tutub".
Palkin Ukrayna klubları üçün həmrəylik fondunun yaradılmasına ehtiyac olduğunu deyib.
FİFA-nın yeni şərtlərinə görə, müqavilənin dayandırılması variantından Ukrayna və Rusiya klublarında fəaliyyətini davam etdirən əcnəbi futbolçu və məşqçilər istifadə edə bilməz. 2022-ci il martın 7-dən sonra komanda ilə müqavilə imzalayan və ya uzadılanlar da bu imkandan məhrumdurlar. Qeyd olunur ki, imkandan yararlanan futbolçular müqavilənin dayandırılmasını daha bir mövsüm uzada bilərlər.
Vəli Həsənov,
KONKRET.az

İdman       Tarix: 26 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Jesusdan Ronaldoya 3 cümlə ilə cavab

Portuqaliya millisinin baş məşqçisi Jorje Jesus komandanın ulduz futbolçusu Kristiano Ronaldonun qalmaqallı bəyanatına münasibət bildirib. -a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis hücumçunun açıqlamasına olduqc

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal ən son xeberler cəbhədən son məlumatlar cəbhədən video