Firad Əliyev təltif edildi

Firad Əliyev təltif edildi1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə əlaqədar bir qrup prokurorluq işçisi xidməti vəzifələrini nümunəvi icra etdiklərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə təltif edilib.
Baş prokuror Kamran Əliyev bu barədə əmr imzalayıb.
Əmrə əsasən, Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif olunub.
Xatırladaq ki, 26 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə Firad Əliyevi "Hərbi Əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif ediblər.
Məlumat üçün qeyd edək ki, Firad Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci ildə, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülüb. 12 aprel 2005-ci il tarixdən Prokurorluq Orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona Ədliyyə müşaviri və Baş ədliyyə müşaviri rütbələri vaxtından əvvəl verilib. / azxeber.com

Sosial       Tarix: 03 oktyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtda restoranda dava: Qıza söz atan kişi arvadının yanında döyüldü

Bakıda restoranlardan birində dava baş verib. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı Erol restoranın foyesində Azərbaycan vətəndaşı Əliağanı

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

İnsan ölənə yaxın bu 4 sözü deyir

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. Tanınmış onkoloq

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama

Payız-qış mövsümünə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinin istiliklə təminatı nəzarətə götürülüb. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Məktəb və uşa

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Şəhidin ata-anası qəzada yaralandı - Fotolar

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb. "KamAZ" və "Hyundai" markalı avtomobillərin toqquşmas

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək

15 noyabr 2026-cı il tarixində Hilton Baku otelində GLC International Education Fair – Beynəlxalq Təhsil Sərgisi keçiriləcək. GLC Global Learning Centre tərəfindən təşkil olunan beynəlxalq sərgidə dünyanın 16 ölkəsindən 50-də


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi sonxabar cəbhədən son xeber maliyye xeberler bugun