Fransa, Almaniya və Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yaydı

Fransa, Almaniya və Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yaydıFransa, Almaniya və Böyük Britaniya Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayaraq, İran və müttəfiqlərini "regional gərginliyi daha da artıracaq və atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə" çağırıb.
KONKRET.az xəbər verir ki, birgə bəyanatda Avropa liderləri Qətər, Misir və ABŞ-ın atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşma istiqamətində bu ölkələrin fəaliyyətini təqdir ediblər.
"Biz Şeyx Təmim bin Həməd əl Tani, prezident Sisi və prezident Baydenin danışıqların dərhal bərpasına çağıran birgə bəyanatını dəstəkləyirik. Bununla bağlı əlavə gecikmənin olmamasını dəstəkləyirik. Biz gərginliyin qarşısını almaq üçün bütün tərəflərlə işləyirik və gərginliyi azaltmaq və sabitliyə aparan yol tapmaq üçün səylərimizi əsirgəməyəcəyik. Döyüşlər indi başa çatmalı və HAMAS tərəfindən hələ də saxlanılan bütün girovlar azad edilməlidir. Qəzza xalqının təcili və maneəsiz yardıma ehtiyacı var", – bəyanatda deyilir.
Almaniya, Fransa və Böyük Britaniya liderləri artan gərginlikdən dərin narahatlıq ifadə edərək, gərginliyin azaldılması və regional sabitliyin əldə olunmasında həmrəy olduqlarını ifadə ediblər. "Biz İranı və onun müttəfiqlərini regional gərginliyi daha da artıracaq və atəşkəs və girovların azad edilməsi ilə bağlı razılıq əldə etmək imkanını təhlükə altına salacaq hücumlardan çəkinməyə çağırırıq. Onlar sülh və sabitlik üçün bu fürsəti təhlükə altına qoyan hərəkətlərə görə məsuliyyət daşıyacaqlar. Yaxın Şərqdəki vəziyyətin daha da gərginləşməsindən heç bir ölkə faydalanmır", – birgə bəyanatda vurğulanıb.

Siyasi       Tarix: 13 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Azərbaycan Prezidenti Dublində rumıniyalı həmkarı ilə görüşüb

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb. xəbər verir ki, dövlətimizin başçısı ilə görüşdən məmnunluğunu bildirən Prezident Nikuşor Dan ölkələrimi

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xeber hava proqnozu şou biznes xəbərləri cəbhədən son məlumat