Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir' - Politoloq

Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir' - Politoloq"Fransanın Ermənistanı silahlandırması ilk belə hadisə deyil. Verilən silahların təyinatından asılı olmayaraq məqsəd birdir və dəyişməzdir. Rəsmi Paris İrəvanı silahlandıraraq faktiki olaraq regionda davam edən sülh və delimitasiya prosesini zədələmək və pozmaq istəyir".
Bu fikirləri azxeber.com-a açıqlamasında politoloq Turan Rzayev Fransanın növbəti dəfə Ermənistanı silahlandırmasından danışarkən deyib.
Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir' - PolitoloqSiyasi ekspert bildirib ki, Fransa Cənubi Qafqazdakı prosesləri qarışdırıb Azərbaycanı qıcıqlandırmaq istəyir:
"Fransa yaxşı bilir ki, Cənubi Qafqazdakı vəziyyət olduqca həssasdır və hər an dəyişməyə uyğundur. Bu baxımdan da Paris mümkün dərəcədə prosesləri qarışdırıb rəsmi Bakını qıcıqlandıracaq addımlar atır. Nəticə etibarilə də bununla da gərginliyi artırmağı hədəfləyir. Təbii ki, proseslərin pərdəarxası məqamlarına baxdıqda Fransanın regionda gərginliyi artırmasından əlavə həm də burada Azərbaycana qarşı da verilən konkret bir mesaj var. Bu, Azərbaycanın mövqeyi deyil.
Bakı Təşəbbüs Qrupunun fəaliyyətləri, xüsusən də Fransanın dəniz aşırım torpaqları olan Yeni Kaledoniya və s. ərazilər, burada yaşayan xalqların haqq səsinə dəstək verilməsi görünür rəsmi Parisi ciddi şəkildə narahat edib. Fransa vaxtiylə attığı addımları özünə qarşı atıldığını görəndə belə təəccüblə yanaşır. Bundan əlavə, xatırlayırsınızsa, Cənubi Qafqazda Fransa agenturasına qarşı DTX tərəfindən çox ciddi bir əməliyyat keçirilmişdi. Bu əməliyyatın da təsirləri hələ unudulmayıb. Bütün bu nüansları götürsək, deyə bilərik ki, Fransanın Azərbaycana qarşı bir quyruq acısı var və özü birbaşa nəsə deyə bilmədiyi üçün Ermənistanı silahlandıraraq bu ölkə üzərindən gərginliyi artırmağa çalışır.
Siyasi şərhçi hesab edir ki, Azərbaycan indiyədək kifayət qədər Fransaya lazımi cavablar verib:
"Hesab edirəm ki, Azərbaycan onsuz da Fransaya qarşı kifayət qədər mühüm addımlar atıb. Dediyim kimi, Fransa agenturasının ölkəmizdə çökdürülməsi, bundan savayı, Yeni Kaledoniya və digər müstəmləkə ərazilərinə dəstəyin ifadə edilməsi, habelə ATƏT-in Minsk qrupu kimi köhnəlmiş "qurum"un prosesdən kənarda saxlanılması, Brüssel görüşləri çərçivəsində Fransanın iştirak etməməsini şərt qoşmaq kimi məsələlər olduqca effektiv cavablar idi. Amma indiki məqamda yeni hansı addımlar ata bilərik? Rəsmi Bakı Fransanı "Total" şirkətiylə təhdid edə bilər. "Total" şirkət nə qədər siyasi proseslərdən uzaq olduqlarını bildirsələr də reallıq ondan ibarətdir ki, bu şirkətlər Fransanındır və ölkəyə milyardlarla dollar qazandırır. Ona görə də bu şirkət üzərindən hərəkət etmək daha ağlabatan fikirdir".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 21 iyun 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeber son xeberler bugun 2026 canli cəbhədən canlı cəbhədən görüntülər