Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymur

Fransa vətəndaşları Makronun xəbərdarlığına məhəl qoymurFransa hakimiyyətinin Azərbaycana qarşı qərəz və ikili standartlara söykənən münasibətləri səngimir. Hər vəchlə ölkələrimiz arasında münasibətlərə xələl gətirəcək addımlara rəvac verir. Başda prezident Emmanuel Makron olmaqla, erməni lobbisindən yararlanan şəxslər xalqlar arasında münasibətlərə xələl gətirməyə çalışır. Halbuki, fransız və Azərbaycan xalqını tarixi, mədəni əlaqələr birləşdirir. Rəsmi Paris münasibətlərin inkişafına mane olmaq istəsə də, bu səylər nəticəsiz qalır.
Makron komandasının tapşırıqlarını sözsüz yerinə yetirən Fransanın Avropa və Xarici İşlər Nazirliyi bu ilin sentyabr ayının 4-də Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara Azərbaycana səyahət xəbərdarlığı etmişdi. Nazirlik bunu "əsassız həbs və ədalətsiz mühakimə riski" ilə əsaslandırmağa çalışmışdı. Lakin rəqəmlər göstərir ki, fransızlar rəsmi Parisin bu xəbərdarlığını ciddiyə almırlar. Fransızlar sadəcə bununla hakimiyyətlərinin bədnam siyasətləri ilə barışmaq istəmirlər.
KONKRET.az xəbər verir ki, "Report"un ASAN Xidmətdən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana viza alan Fransa vətəndaşlarının sayı artıb. Belə ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında onların 1003 nəfər (sentyabrda 536, oktyabrda 467) olduğu halda, bu ilin eyni aylarında 1167 nəfər (sentyabrda 562, oktyabrda 605 nəfər) Fransa vətəndaşı viza alıb. Burada Yelisey sarayının yürütdüyü siyasətin iflas olduğu üzə çıxır.
Eləcə də, "Report"un Dövlət Sərhəd Xidmətindən aldığı məlumata görə, sentyabr ayında ölkəyə faktiki daxil olan Fransa vətəndaşlarının sayı ötən illə müqayisədə 264 nəfər çoxdur. Yalnız oktyabr ayında cüzi azalma (24 nəfər) qeydə alınıb.
Ümumiyyətlə isə 2022-ci ildən bəri viza alanların sayında artım müşahidə edilməkdədir. 2024-cü ilin 10 aylıq dövrü ilə müqayisədə rəqəmlər belədir: 2022-ci illə müqayisədə 24% (2304 nəfər) artım, 2023-cü illə müqayisədə isə 15% (1540 nəfər) artım qeydə alınıb.
Bu rəqəmlər belə deməyə əsas verir ki, Makronun öz vətəndaşlarının Azərbaycana səfərlərinə mane olmaq cəhdləri nəticə vermir. Aldığımız məlumata görə, Formula-1 yarışı və digər tədbirlər zamanı da Fransadan gələn turistlərin sayı kifayət qədər yüksək olub, qarşıdan gələn COP29-da da Fransa vətəndaşları, jurnalistlər və QHT üzvləri yaxından iştirak edəcəklər.
Bütün qeyd olunan faktlar göstərir ki, iki xalq arasında heç bir problem yoxdur və ola da bilməz. Problem Makron diktaturası və Fransanın xarici siyasət idarəsindəki bəzi şəxslərdən qaynaqlanır. Nə Makron, nə də onun komanda üzvləri nə qədər istəsələr də, qarşıya qoyduqları hədəfə çatmayacaqlar. Xalqlar arasında nifaq salmaq siyasəti iflas olacaq və Azərbaycan və Fransa xalqları arasında dostluq, hərtərəfli münasibətlər davam edəcək.

Siyasi       Tarix: 08 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd


azerbaycan xeberleri son xeberler yeni xeberler hava haqqinda cəbhədən xəbərlər qarabag cəbhədən son məlumat