Futbol agenti Ronaldonun göz yaşları haqda: "Təəssüf edir ki, Messi irəli gedib"
Futbol agenti Paulo Barbosa Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun Qətərdə keçirilən dünya çempionatını tərk etməsindən sonra axıtdığı göz yaşları ilə bağlı fikirlərini bölüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı "Sport-Ekspress" nəşri yayıb.
"Kriştianonun göz yaşı haqda? Ronaldo daha bir şəxsi rekorda imza atmayacağını başa düşdü. Eyni zamanda, Messi daha da irəli gedib, daha yaxşı oynayır, qərar verir, qol vurur.
Bu, Ronaldoya pis təsir edir. Çünki onlar daha Dünya Kubokunda yarışmayacaqlar. Yeri gəlmişkən, Leo bu turnirdən sonra milli komandanı tərk edəcəyini demişdi". Nəşr onun dediklərindən sitat gətirib.
Portuqaliya millisi mərakeşlilərə 0:1 hesabı ilə uduzub. Ronaldo meydana yalnız 51-ci dəqiqədə çıxıb.
Bu dünya çempionatı 37 yaşlı Ronaldo üçün karyerasında beşincisi olub. Final fitindən sonra o, göz yaşlarını saxlaya bilməyib.
Televiziya verilişi zamanı portuqaliyalı hücumçunun tribunaların altındakı otaqda necə ağladığı göstərilib.

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Bakıda yaşayış binasında uçqun
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb