Futbol oyununda İLK FİT nə vaxt çalınıb? - FOTO
Məşhur yazıçı Artur Konan Doyl bir müddət futbol oyunlarına hakimlik edib.
KONKRET.az oxucuları əsr yarım əvvəl futbol oyununun idarə edilməsi qaydaları və hakimin fitdən istifadə etməsinin tarixçəsi ilə tanış edir.
…Futbol oyununu idarə edən hakim yaşıl meydançada yalnız 1873-cü ildə peyda olub. O zaman hesab edirdilər ki, hakim oyunun gedişinə qarışmamalıdır. Onun vəzifəsi vaxta nəzarət etmək, oyun barədə qeydlər aparmaq, futbolçuları meydandan çıxarmaq və daxil etmək, eləcə də oyunçular arasında yaranmış mübahisənin həllinə kömək etmək olub.
Əsr yarım bundan əvvəl futbolun vətəni sayılan İngiltərədə oyunları idarə etmək səlahiyyətini peşəkar hakimlərə, sahənin mütəxəssislərinə deyil, həvəskarlara həvalə edirdilər. Onda belə bir təsəvvür vardı ki, futbolu sevən, ona pulsuz xidmət göstərməyə hazır azarkeş matçın hakimliyini peşəkardan daha yaxşı yerinə yetirər. Bu səbəbdən hakim roluna savadlı dövlət qulluqçularının, həkimlərin, yazıçıların, …polislərın arasından seçirdilər. Məşhur ingilis yazıçısı ser Artur Konan Doyl da bir müddət fotbol arbitri kimi fəaliyyət göstərib.
…1878-ci ilədək futbol meydançasında hakimlər fitdən istifadə etməyib, onlar oyunu idarə etmək üçün öz səslərindən yararlanıb, yaxud işarələr vermək, əlindəki zəngi səsləndirmək kimi üsullar olub.
Futbol oyununda hakimin ilk dəfə fitdən istifadə etməyə başlaması maraqlı əhvalatla bağlıdır. 1878-ci il iyulun 10-da, yəni 144 il əvvəl bu gün Londonda keçirilən oyunların birinin hakimliyini polis işçisinə həvalə edirlər. Matçın gedişində oyunçular arasında dava düşür və həvəskar hakim düşünmədən və qeyri-ixtiyari üstündəki polis fitini ucadan çalır. Polis fitindən karıxan və bir az da qorxuya düşən oyunçular dərhal dava-dalaşa son verirlər. Məhz o hadisədən sonra futbol hakimləri oyunu fit vasitəsilə idarə edirlər.
Müasir futbol şərhçilərinin belə bir deyimi var: "Ən yaxşı hakim oyunu idarə edən, amma meydançada olduğu bilinməyən hakimdir".
Publika.az

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu