Futbolda ofsayd qaydası dəyişilə bilər
FİFA və Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) yenilənmiş ofsayd qaydası üzərində işləyir.
KONKRET.az xəbər verir ki, yeni konsepsiyaya görə, ötürmə zamanı hücum edən oyunçunun bütün bədəni müdafiəçidən daha çox rəqib qapısına yaxın olduqda ofsayd vəziyyəti nəzərə alınacaq. Başqa sözlə desək, hücum edən oyunçunun bədəninin bir hissəsi sonuncu müdafiə oyunçusu ilə uyğunlaşdıqda, onu ofsayd hesab etmək olmaz.
Qaydaların belə dəyişməsinin futbolu daha dinamik və möhtəşəm edəcəyinə inanılır.
f Paylaş