Futbolda yeni cəza növü tətbiq olunacaq - FOTO
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) Premyer Liqa kimi yüksək səviyyəli yarışlarda reqbi üslublu tədbirlərin sınaqdan keçirilməsinə prinsipial olaraq öz təsdiqini verib.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, sınaqlara növbəti mövsümdə başlana bilər.
Söhbət bir növ "narıncı vərəqə" sayılan 10 dəqiqəlik uzaqlaşdırmadan gedir: Bu həddindən artıq cəzaya (qırmızı vərəqə) layiq olmayan, lakin xəbərdarlığın (sarı vərəqə) da qeyri-kafi göründüyü pozuntular üçün nəzərdə tutulub.
Məsələn, son Avropa çempionatının finalında italiyalı müdafiəçi Corcio Kyelli İngiltərə millisinin oyunçusu Bukayo Sakaya qarşı kobud oyun nümayiş edib (onu tutaraq cinahda qaçmasına imkan verməyib) və bu, yalnız sarı vərəqə ilə nəticələnib.
Xatırladaq ki, IFAB hakimi təhqir edən oyunçuya görə 10 dəqiqəlik uzaqlaşdırma barədə düşünür. Həmçinin hakimə yalnız komanda kapitanının yaxınlaşmasına icazə verilməsi imkanları da nəzərdən keçirilib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi