"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkildi - FOTOLAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə "Gələcəyə yaşıl miras" devizi altında ağacəkmə aksiyası keçirilib.
azxeber.com xəbər verir ki, ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarən işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində, həmçinin Müşfiqabad və Xocasən qəsəbələrinin yaxınlığında ümumilikdə 40 min ağac əkilərək yeni yaşıllıq zolaqları salınıb.
Eyni zamanda, Müşfiqabad qəsəbəsi yaxınlığında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, nazirliyin əməkdaşları və şirkət nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır. Həyata keçirilən ağacəkmə tədbirləri ölkədə yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və ekoloji dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
"Azərlotereya" ASC sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərə dəstək göstərməyə, ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə iştirak etməyə və davamlı inkişaf prinsiplərinə töhfə verməyə bundan sonra da davam edəcək.




Turlar.az [newsid: 0-123300]

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq