GƏLƏN HƏFTƏ Moskva GÖRÜŞÜ baş tutacaq, yoxsa Nikol da Ararat çıxacaq? - ŞƏRH
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşüb. Əslində görüş üçtərəfli formatda olmalı və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan da qatılmalı idi.
KONKRET.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri azərbaycanlı həmkarı ilə söhbətə Mirzoyan təəssüfü ilə başlayıb. Ardınca müəyyən açıqlamalar verilib. Lavrov Paşinyanın sülhməramlı iradlarını əsassız adlandırıb. Laçın dəhlizi ilə bağlı vəziyyətə də aydınlıq gətirilib. Ceyhun Bayramov yolun bloklanmadığını deyib. Bundan başqa:
– Ermənistan yeni təkliflər paketini Azərbaycana təqdim edib;
– Onlar böhran görüntüsü yaratmaq istəyirlər;
– Azərbaycanın təbii resurslarının talan edilməsi sürətlənib;
– Vardanyan Qarabağdan nə qədər tez çıxsa, hamı üçün bir o qədər yaxşı olacaq. Onun fəaliyyəti cinayət və avantürüst xarakterlidir.
Bunu qısa olaraq xatırlatmaqda məqsəd odur ki, Bakı öz mövqeyini Moskvada da açıq formada bəyan edir. Yəni bu qətilik sülhməramlı müvəqqətiliyini təmin edəcək pozisiyadır. Düzünə qalsa, bütün sadalananları ayırd etmək üçün tərəflər arasında ikitərəfli və ya üçtərəfli görüşlər vacibdir. Məsələn, Moskvaya Ararat Mirzoyan da gəlsəydi, hər üç ölkə liderlərinin görüşü barədə söhbət açıla, siyasi ardıcıllığa görə vaxtı dəqiqləşdirilə bilərdi. Azərbaycan siyasi müzakirələrə, danışıqlara açıqdır. Putin üçtərəfli görüşün keçirilməsini istəyir. Bəs kapitulyant niyə nazlanır?
Paşinyan Qarabağda baş verənlərdən narazıdır:
1. Qondarma rejimi onun ətrafı yox, Kremlin erməni klanı idarə edir;
2. Laçın yolundakı etirazlar Paşinyanın beynəlxalq hüquq və demokratiya maskalarını cırdı;
Azərbaycan ərazisində baş verənlər Ermənistan liderini niyə narahat etməlidir?
Bu sualın cavabı onların 30 illik işğallarındadır. Yəni nə Putinə, nə Arayikə, nə Paşinyana Qarabağda yaşayan ermənilərin taleyi maraqlıdır:
• Putinin Qarabağ maraqları qızıla paralel geostrateji əhəmiyyət daşıyır;
• Arayik üzüm plantasiya və şərab biznesinin hayındadır;
• Paşinyanın missiyası isə onların hər ikisindən qurtulmaqdır.
Bu səbəbdən Ararat Mirzoyan Moskva görüşünə qatılmayaraq Putinə Paşinyan mesajı ötürmüş oldu ki, dekabrın sonuna planlaşdırılan üçtərəfli görüş olmayacaq.
KONKRET.az-ın Analitik Qrupu

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO