Gələn həftə "ŞOU" Rusiyanın daxilində olacaq - Çünki rəhbərlik sanksiyaların bu qədər əhatəli olacağını gözləmirdi
Eldəniz Əmirov iqtisadçı ekspert
Rusiya tarixi boyu heç vaxt indiki qədər tək olmayıb. İndi xalq da müharibə zamanı rəhbəri dəstəkləmir. Çeçenlər istisna olmaqla döyüşçülərdə istəksiz görünür. Rus döyüşçülərin hücum etməmələri üçün tankların yanacağını boşaltdığı deyilir. İndi Putin o qədər təkdir ki, ona "səninləyik" deyənlər də əslində onunla deyil. Müttəfiq olan ölkələr və onun rəhbərliyi da Putinin sındırılmasını arzulayır. Çünki müttəfiq olanların 90%-i Rusdan kömək almaq üçün yox, Putinin özündən qorunmaq üçün onunla müttəfiq olurdular.
Amma indi vəziyyət başqadır. Ona görə İran, Suriya və bir neçə Amerika qitəsi ölkələri istisna olmaqla hamı Rusiyanın məğlub olmasını istəyir. Çünki ölkələr və rəhbərləri Putinin hədə-qorxularından beziblər. Hamı bezib.
İran, Suriya və bir neçə Amerika qitəsi ölkələri isə ona görə Rusiyanın məğlub olmasını istəmir ki, Rusiyadan sonra ABŞ onları "tumarlayacaq".
Qüdrətli Ordu" mifi darmadağın olur. Azərbaycanın 44 gündə verdiyi itkidən daha çoxunu Rusiya 3 gündə verdi (4000 ölü). Bu mifi yaradan əsas səbəb ll Dünya müharibəsi idi. Amma həmin qələbədə müttəfiq orduları və SSRİ tərkibindəki Respublikaları, o cümlədən Bakı neftini və s. çıxsaq qələbədə Rusiyanın payı 5-7 faiz qalır. Stalinin belə rus olmadığını nəzərə alsaq, əsl mənzərə tam aydındır.
Onların bacardığı 90-cı ildə Bakını, 92-ci ildə Xocalını qana bulamaq idi. Həmin illərdə isə Azərbaycan bu günki Azərbaycan deyildi. Bu gün biz başqa bizik.
Rusiya 42 milyonluq Ukraynalını əsir götürüb, Kiyevdə Rus kartofu əksə belə o yenə məğlubdur. Dövr monqolların dövrü deyil. Sanksiyalar Rusiyanın dizlərini qatlayacaq. Şounun ikinci hissəsi Rusiyanın daxilində olacaq. Sabah bazar ertəsidir. Birjalar fəaliyyətə başlayan kimi rublun dəyəri tarixində olmadığı qədər ucuzlaşmağa başlayacaq. Hamı rubl satan olacaq. Satan çox alan yox… Milyardlar itirən milyarderlər və ciddi iqtisadi problemlər yaşamağa başlayan xalq özü Putindən hesabat istəyəcək.
Rusiya rəhbərliyi sanksiyaların bu qədər əhatəli olacağını gözləmirdi. Əvvəlki müsahibələrimin bir neçəsində də qeyd etmişdim ki, qərb sanksiya siyahısını elan edərək Rusiyanı qorxutmaq istəmirdi. Qərb bu müharibəni istəyirdi. İstəyirdiki Rusiyanı bataqlığa salıb orda məhv eləsin. Düşündüyümüz kimi də oldu, əvvəl deyilənlərdən 10 dəfə artıq sanksiyalar görürük. Bu sanksiyalar qarşıdakı günlərdə artacaq və o zaman ayrıca sanksiyaların nəticələri haqda yazacam. Çünki gələn həftə "ŞOU" Rusiyanın daxilində olacaq. Bu cümləmi burda saxlayın. Xatırladacam.
Amma indi isə 2 gündür məni ən çox düşündürən amma cavab tapa bilmədiyim bir sualı vermək istəyirəm. Bəlkə kimsə cavabını bilir. Deməli, çeçənlərin Ukraynaya hücum etməzdən əvvəl namaz qıldıqları şəkil vardı. Görəsən onlar bu namazda öz Allahlarından nə istəyirlər:
– İlahi, sən bizə günahsız anaları gözü yaşlı qoymağı nəsib et, yoxsa Uca Allah bizə güc ver, özgə yurda girib körpələri, uşaqları öldürək?
Xidmetler [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var