Gənc qızlar üçün AI düşərgəsi: Gəncə və Mingəçevirdə texnologiyaya yeni addım

"Trendyol" və "PAŞA Holdinq"in dəstəyi, "Women in Tech Azerbaijan"ın təşkilatçılığı ilə Gəncə və Mingəçevirdə yaşayan gənc qızlar üçün "Süni intellektlə yeni başlanğıc" adlı AI düşərgələri keçirilib.
azxeber.com xəbər verir ki, ümumilikdə 4 gün davam edən layihə çərçivəsində iştirakçılar süni intellektin əsasları, gələcəyin iş dünyasında AI imkanları, prompt yazma bacarıqları, təhlükəsiz və etik süni intellekt istifadəsi, eləcə də bu bacarıqların karyerada tətbiqi ilə bağlı təlimlərdə iştirak ediblər.
Layihəyə hər regiondan 40 nəfər olmaqla, ümumilikdə 80-ə yaxın iştirakçı cəlb olunub. İştirakçılar tələbələr, yeni məzunlar və karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilib.
Layihənin açılış mərasimində çıxış edən "Trendyol"un Azərbaycanda korporativ kommunikasiyalar direktoru Süheylə Cəfərova bildirib ki, düşərgədə həm texnologiya sahəsinə yeni başlayan gənclər, həm də artıq bu istiqamətdə fəaliyyət göstərən iştirakçılar yer alır. Onun sözlərinə görə, son illərdə gənclər arasında texnologiyaya maraq nəzərəçarpacaq dərəcədə artıb.
S. Cəfərova qeyd edib ki, "Trendyol" yalnız texnologiyadan istifadə etmir, eyni zamanda onun inkişafına da töhfə verir. Onun sözlərinə görə, şirkətdə mühəndislər məhsulların çatdırılması prosesindən müştərilərə fərdi tövsiyələrin təqdim olunmasına qədər müxtəlif sahələrdə süni intellekt həllərini tətbiq edirlər: "Burada ən vacib amil texnologiyanın özü deyil, onu yaradan insanlardır. İnanırıq ki, fərqli baxış bucaqları innovasiyanın inkişafında mühüm rol oynayır. Bu düşərgə iştirakçılar üçün yalnız yeni bilik və bacarıqlar əldə etmək platforması deyil, həm də onların potensialını kəşf etmək üçün bir fürsətdir".
Onun sözlərinə görə, bu gün əldə olunan ilkin bilik və təcrübə gələcəkdə daha böyük ideyaların və uğurlu layihələrin əsasını qoya bilər. S. Cəfərova əlavə edib ki, qadınların texnologiya sahəsində daha fəal iştirakını təşviq etmək məqsədilə Trendyol müxtəlif layihələr, təlim proqramları və inkişaf imkanları yaratmağa davam edir.
"Women in Tech Azerbaijan" təşkilatının rəhbəri Leyla Seyidzadə isə çıxışında layihənin əsas məqsədinin gənclərə süni intellektdən düzgün və məqsədyönlü istifadə bacarıqları aşılamaq olduğunu deyib. O qeyd edib ki, süni intellekt artıq qaçılmaz bir tendensiyadır və bu sahədə maarifləndirmə xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə çərçivəsində hər iki şəhər üzrə ümumilikdə 80-ə yaxın iştirakçı təlimlərə cəlb olunub. İştirakçılar tələbələr, yeni məzunlar və karyeralarının ilkin mərhələsində olan gənc qadınlar arasından seçiliblər.
Gənc qızlar üçün AI düşərgəsi: Gəncə və Mingəçevirdə texnologiyaya yeni addımGənc qızlar üçün AI düşərgəsi: Gəncə və Mingəçevirdə texnologiyaya yeni addım

İqtisadiyyat       Tarix: 29 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bu gun son.xeberler cəbhədən ən son xəbərlər bugünki xəbərlər