Generallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEO

Sentyabrın 20-də "Üç qardaş - 2021" beynəlxalq təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələr Komandanı general-leytenant Ömer Ertuğrul Erbakan, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Təhlükəsizlik və Antiterror İdarəsinin rəisi general-mayor Mümtaz Hüseyn, Qazaxıstandan olan yüksək səviyyəli qonaqlar və bu dövlətlərin ölkəmizdəki hərbi attaşeləri iştirak ediblər.
Təlimdə planlaşdırılan fəaliyyətlər barədə qonaqlara məlumat verilib və onun gedişi barədə məruzə olunub.
Sonra xüsusi təyinatlı bölmələr müxtəlif təlim nöqtələrində plana uyğun verilən tapşırıqları icra ediblər. Bölmələr cavabdehlik sahəsində axtarış tədbirləri, aşkarlanan obyektlərin nəzarətə götürülməsi, şərti düşmənin idarəetmə məntəqələrinin məhv edilməsini yüksək peşəkarlıqla yerinə yetiriblər. Artilleriya və aviasiya atəşlərinin idarə olunması məqsədilə koordinatların verilməsi, həmçinin aviasiya vasitələrinin dəstəyi ilə digər tapşırıqlar da icra olunub.
Yekunda general-polkovnik Z.Həsənov çıxış edərək təlimin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib, üç qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq və bacarıq nümayiş etdirdiyini vurğulayıb.
Müdafiə naziri bildirib: "Təlim göstərdi ki, müasir texnologiyalardan, yeni döyüş taktikasından istifadə edən  xüsusi təyinatlılarımızın bacarığı daha da artıb və peşəkarlıq səviyyəsi xeyli yüksəlib. Təlimlər qoşunlarımızın imkan və qabiliyyətlərinin inkişaf etdirilməsinə böyük töhfə verdi. Bu təlim Silahlı Qüvvələrimizin qarşısında duran istənilən vəzifəni birgə icra etməyə hazır və qadir olduğunu bir daha nümayiş etdirdi".
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbəsi ilə başa çatan Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstəyə görə Türkiyə Respublikasına və Pakistan İslam Respublikasına minnətdarlığını bildirən Müdafiə naziri gələcəkdə də bu cür təlimlərin keçiriləcəyini qeyd edib.
Təlimin şüarının "Yaşasın, Azərbaycan-Pakistan-Türkiyə qardaşlığı!" olduğu diqqətə çatdırılıb.
Sonda təlim iştirakçılarına hədiyyələr təqdim olunub.

Generallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEOGenerallar Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimində - FOTO - VİDEO

Siyasi       Tarix: 20 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Ərdoğan Azərbaycana təşəkkür etdi

Hamımızın bir damı var, o da göy üzüdür. Hamımıızın evinin bir bağçası var, o da yer üzüdür. Bizim başqa göy üzümüz, yer üzümüz, okeanlarımız, dənizlərimiz və meşələrimiz yoxdur. xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcə

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler bugun 2026 sonxeberler kriminal xeber valyuta