Gəzintiyə çıxan ər-arvad maşınla birlikdə çaya düşərək həlak oldu - FOTOLAR
Rusiyanın Kirov vilayətində təbiət qoynunda istirahət edən ər-arvad faciəvi şəkildə həyatını itirib. Onların yatdıqları avtomobil gecə saatlarında çaya yuvarlanıb.
KONKRET.azxəbər verir ki, Kirovo-Çepetsk sakinləri – 46 yaşlı Yelena və 48 yaşlı Roman ötən cümə günü balıq tutmağa və baş-başa vaxt keçirməyə gedib və izsiz-soraqsız yoxa çıxıblar. Həyəcan təbili çalan yeniyetmə oğulları polisə müraciət edib. Yerli sakinlər, polislər və könüllülərdən ibarət yüzlərlə insan bir neçə gün ərzində itkin düşənləri axtarıb. Sonda Vyatka çayını qayıqla yoxlayan iki nəfər suda avtomobil aşkar edib.
"Renault Duster" markalı avtomobil sudan çıxarıldıqdan sonra avtomobilin salonunda Yelena və Romanın meyitləri tapılıb. İlkin məlumata görə, ər-arvad arxa oturacaqda yatıb, gecə isə maşın sahildən sürüşərək suya batıb. Qapıları kilidlənmiş salondan çıxa bilməyən cütlük boğularaq ölüb.

Natiq Səlim,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA