Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər - Açıqlama

Gizlin səs yazanlar bu maddə ilə cəzalandırıla bilər - AçıqlamaSosial şəbəkələrdə insanların xəbəri və razılığı olmadan səs yazılarının qeydə alınaraq paylaşılması hallarına rast gəlinir. Bəzən bu cür paylaşımlar şəxsi mübahisələrin ictimailəşdirilməsi, bəzən isə hansısa hadisə ilə bağlı məlumatın yayılması məqsədi daşıyır.
Vətəndaşın səsini icazəsiz yazmaq və paylaşmaq qanunidirmi?
azxeber.com xəbər verir ki, bu barədə "demokrat.az"a açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, vətəndaşın səsinin onun xəbəri və razılığı olmadan gizli şəkildə yazılması, xüsusilə də həmin səs yazısının sosial şəbəkələrdə və ya mediada paylaşılması hüquqi məsuliyyət yarada bilər:
"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi həyatının toxunulmazlığı hüququ vardır. Başqa şəxsin şəxsi həyatı barədə məlumatların, o cümlədən səs yazısının onun razılığı olmadan toplanması, saxlanması, istifadəsi və yayılması yolverilməzdir.
Bəzi hallarda isə istisnalar mövcuddur. Məsələn, səs yazısının hüquq-mühafizə orqanları tərəfindən məhkəmə qərarı əsasında və ya əməliyyat-axtarış fəaliyyəti çərçivəsində aparılması mümkündür.
Həmçinin şəxsin ictimai yerdə açıq çıxışı zamanı səsləndirdiyi məlumatların qeydə alınması fərqli hüquqi qiymətləndirilə bilər. İcazəsiz səs yazılması və yayılması əməlin xarakterindən və nəticələrindən asılı olaraq cinayət və ya mülki məsuliyyət yarada bilər. Cinayət Məcəlləsinin 156-cı maddəsində şəxsi həyatın toxunulmazlığının pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Əgər səs yazısı şəxsi və ya ailə həyatının sirrini təşkil edən məlumatları əhatə edirsə, əməli törədən şəxs qanunvericiliyə uyğun olaraq cərimə, ictimai işlər, islah işləri və digər cəza növləri ilə üzləşə bilər. Ağırlaşdırıcı hallarda daha ciddi cəza tədbirləri də tətbiq oluna bilər".
Hüquqşünas əlavə edib ki, bundan başqa, zərərçəkən şəxs mülki qaydada məhkəməyə müraciət edə bilər:
"O, səs yazısının internet resurslarından silinməsini, zəruri hallarda təkzib verilməsini, həmçinin şərəf, ləyaqət və işgüzar nüfuzuna vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsini tələb edə bilər. Səs yazısının icazəsiz yayıldığını müəyyən edən şəxs ilk növbədə sübutları toplamalıdır. Bunun üçün paylaşımın edildiyi səhifənin, kanalın və ya profilin linki saxlanmalı, ekran görüntüləri və mümkün olduqda ekran videosu qeydə alınmalıdır. Sübutların notariat qaydasında təsdiqlənməsi də onların sonradan hüquqi prosesdə istifadəsini asanlaşdıra bilər.
Daha sonra paylaşımın yerləşdirildiyi sosial şəbəkəyə müraciət edilərək məxfilik hüququnun pozulması əsas gətirilməklə həmin materialın silinməsi tələb oluna bilər. Eyni zamanda, hüquq-mühafizə orqanlarına müraciət etmək mümkündür. Əməldə cinayət tərkibinin olması ehtimal edilirsə, polis orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına və prokurorluğa müraciət edilə bilər. Şəxs həmçinin mənəvi və maddi zərərin ödənilməsi, eləcə də səs yazısının məcburi qaydada silinməsi tələbi ilə məhkəməyə müraciət edə bilər".

Sosial       Tarix: 27 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində qaçaqmal aşkar olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən -a verilən məlumata görə, DSX Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinin, texniki müşahid

Azərbaycanın 9 ayda Ermənistana ixracının dəyəri

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Ermənistana 23 milyon 450.07 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. KONKRET.azxəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstəric

Bu hərbçilər cərimələnəcək – Hüquqşünasdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi qulluqçuların hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsinə görə inzibati məsuliyyət qaydalarının dəyişdirilməsi təklif olunur. Təklifə əsasən, hərbi hissəni özbaşına tər

"Türkiyə şirkətlərinə Azərbaycanda geniş imkanlar yaradılıb" – Eldəniz Əmirov

Qardaşlar arasında söz-söhbət də olar, narazılıq da. Amma qardaş elə qardaşdır. Bu birincisi. İkincisi isə heç biz də pis qardaş deyilik. Biz qardaşlığı ən yaxşı yerinə yetiririk. İnanmayan ardını oxusun. Azərbaycan öz cibində


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes