Gömrüklə bağlı ən çox verilən sualların CAVABLARI

Gömrüklə bağlı ən çox verilən sualların CAVABLARIDövlət Gömrük Komitəsinin "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatından sonra Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələrinə bir sıra suallar ünvanlanıb.
Milli.Az xəbər verir ki, DGK ən çox ünvanlanan sualları cavablandırıb:
1. Ünvana çatdırılma ödənişsiz olacaq və necə həyata keçiriləcək?
Sifariş etdiyiniz məhsulunun ünvana çatdırılması sifariş edənlə dayıyıcı şirkət arasında münasibətlərlə tənzimlənir.
2. 300 dollar limitini keçməsək yenə də bəyannamə verməliyik?
Hər bir halda sifariş etdiyiniz məhsul bu tətbiq vasitəsilə bəyan olunmalıdır.
3. Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?
"Smart Customs" mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.
4. "Smart Customs" proqramında bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək olarmı?
300 dollar limit çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiyiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq.
5. "Smart Customs" Proqramına girmək üçün mütləq Asan İmzam olmalıdırmı?
Azərbaycan vətəndaşları üçün proqrama daxil olmaq Asan İmza və Elektron İmza ilə yanaşı, "Fərdi identifikasiya nömrəsi" (FİN) ilə də mümkündür. Qeydiyyat zamanı təyin edəcəyiniz şifrənin böyük və kiçik hərflərlə yanaşı, rəqəmdən ibarət olmasına da diqqət edin.
6. "Smart Customs" proqramı ilə 2 ədəddən artıq, amma 300 dollar limitini keçmədən sifariş verdikdə gömrük rüsumu ödəmək lazımdır?
Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Vətəndaş şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə gömrük ödənişləri ödənilir.
7. "Smart Customs" proqramında səhvən bəyannamə verdim və limitim doldu, bunu necə ləğv edə bilərəm?
Bildiririk ki, "Smart Customs" proqram təminatının tezliklə yenilənməsi nəzərdə tutulur. Yenilənəcək proqram təminatında qeyd olunan məsələ öz həllini tapacaq.
8. ASAN imza olmadan "Smart Customs" proqramında qeydiyyatdan keçmək olarmı? Hansı səbəbdən FİN kodla qeydiyyatdan keçmək olmur?
"Smart Customs" proqram təminatından istifadə "ASAN login" sisteminə daxil olmaqla yalnız "ASAN imza", "Elektron-imza" və ya "Fərdi identifikasiya nömrəsi" (FİN) vasitələri ilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir.
Qeyd edilir ki, şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda "ASAN login" sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra "Mən robot deyiləm" xanası işarələnməlidir.
9. Telefon nömrəsi mənim adıma deyilsə, amma bağlama mənim adıma olacaqsa, bəyannamə necə veriləcək?
"Smart Customs" proqram təminatına daxil olmaq üçün "ASAN login" sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda "ASAN login" sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz.
10. Gətirəcəyim məhsulun aid olduğu kateqoriya sizin siyahıda yoxdur, bu halda nə etməliyəm?
Bildiririk ki, ölkə ərazisinə gətirilən mal kateqoriyaları tərəfimizdən analiz olunur və siyahıya yeni mallar əlavə olunacaq. Malların siyahısı mütəmadi olaraq yenilənir.
11. "Smart Customs" proqramında elektron xidmət haqqı hansı hallarda verilir?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarına əsasən bütün növ gömrük bəyannamələri üçün elektron gömrük xidmətinin göstərilməsinə görə gömrük yığımı tutulur.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 25 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Təhsil xərclərinin artırılmasına çalışacağıq' - Sahil Babayev

Elm və təhsil sahələrinə ümumilikdə 5,4 milyard manat vəsait yönəldilir. Bu, ümumi daxili məhsulun 3,8 faizinə bərabərdir. xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlı

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbü

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

İpoteka ilə hazır mənzil axtaranlar üçün hansı seçimlər var?

Bakının Yasamal rayonunda yerləşən Park Yasamal yaşayışkompleksində hazır, tam təmirli mənzillərin satışı davam edir. Kompleksdə 2otaqlıdan 4 otaqlıya qədər müxtəlif planlaşdırmaya malik mənzil seçimləri,eləcə də şəxsi bağçal

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini açıqladı

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər ensonxeberler cəbhədən son vəziyyət şou biznes xəbərləri