Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndir

Günel Nəbiyeva: Rəqəmsallaşma ilə yanaşı, kibertəhlükəsizlik də bizim əsas prioritetlərimizdəndirBu gün bank sektorunda rəqəmsal transformasiya artıq ən çox müzakirə olunan mövzulardan biridir. Bəs bank üçün rəqəmsal transformasiya nə ifadə edir  və müştərilərə nə kimi   üstünlükləri verir. Bu barədə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva mətbuata açıqlama verib:
-Müasir bank artıq yalnız maliyyə xidmətləri təqdim edən qurum deyil, eyni zamanda texnologiya platformasıdır. Buna görə də rəqəmsal transformasiya bizim üçün ayrıca layihə deyil, Bankın bütün fəaliyyət istiqamətlərini əhatə edən strateji yanaşmadır.
Buna müvafiq olaraq müştərilərimizə daha sürətli, rahat və fərdiləşdirilmiş xidmətlər təqdim etmək üçün addımlar atırıq. Bunun üçün rəqəmsal texnologiyalar və data analitikasından istifadə edərək müştəri ehtiyaclarını daha dəqiq qiymətləndirir, eyni zamanda daxili prosesləri avtomatlaşdırmaqla qərarların qəbulunu sürətləndirir və əməliyyat səmərəliliyini artırırıq.
Bu günün reallıqlarından biri də süni intellekt həllərinin transformasiyanın əsas istiqamətlərindən olmasıdır. Biz də hazırda müştəri təcrübəsinin təkmilləşdirilməsi, daxili proseslərin optimallaşdırılması, qərarvermənin daha səmərəli təşkili məqsədilə bu texnologiyanın tətbiqi üzərində çalışırıq.
Rəqəmsal transformasiya ilə yanaşı, kibertəhlükəsizlik və məlumatların qorunması da əsas prioritetlərimizdəndir. Yeni texnoloji həllər tətbiq olunarkən risklərin idarə edilməsi, məlumatların məxfiliyinin təmin olunması və sistemlərin dayanıqlılığının qorunmasına xüsusi diqqət yetiririk. Amalımız müasir texnologiyaların üstünlüklərini yüksək təhlükəsizlik standartları ilə birləşdirərək müştərilərimiz üçün etibarlı rəqəmsal mühit yaratmaqdır.
Bütün bu addımların müasir texnologiyaların imkanlarından istifadə etməklə ATB-nin çevikliyini, etibarlılığını və rəqabət qabiliyyətini daha da gücləndirəcəyinə inanırıq. / azxeber.com

İqtisadiyyat       Tarix: 25 iyul 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne