"Günəşli ürəklər": "McDonald"s Azərbaycan"ın Daun sindromlu uşaqlar üçün layihə rəngarəng sərgi ilə başa çatdı
"Landmark" otelində noyabrın 7-də Daun sindromlu uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
Bu sərgi "McDonald"s Azərbaycan"ın "Care Group" ilə birgə həyata keçirdiyi "Günəşli ürəklər" xeyriyyə layihəsinin başa çatması ilə əlamətdar olub.
Hər bir ziyarətçiyə bəyəndiyi işi əldə etmək imkanı yaradılan tədbirdə uşaqların layihə ərzində ərsəyə gətirdiyi 62 rəsm əsəri ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, rəsm əsərlərinin satışından əldə olunacaq bütün vəsait bu uşaqların ehtiyaclarını qarşılamaq üçün Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə ayrılacaq.
Tədbirdə iştirak edən tanınmış ictimai xadimlər, blogerlər, mətbuat nümayəndələri və digər sənət biliciləri nümayiş olunan əsərlərin dərinliyini qeyd ediblər.
Tədbirin xüsusi qonağı Azərbaycan Respublikasının Əməkdar artisti İsfar Sarabskinin ifası gecəyə fərqli ovqat bəxş edib.
Xüsusi uşaqlara yeni təcrübələr və parlaq təəssüratlar bəxş edən "Günəşli ürəklər" layihəsi kimi bu sərgi də dolğun və maraqlı keçib.
Xatırladaq ki, "Günəşli ürəklər" layihəsinə 2023-сü ilin əvvəllində start verilmişdir. Bu müddət ərzində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən olan 62 nəfər uşaq üçün art-terapiya və təsviri incəsənət məşğələləri, eləcə də ünsiyyət bacarıqlarının inkişafı üzrə qrup dərsləri keçirilib. Bundan əlavə, uşaqlar üçün valideynləri ilə birlikdə art-terapiya seansları təşkil edilib. Dərslər mərkəzin müəllimləri, eləcə də Azərbaycanın tanınmış rəssamları tərəfindən aparılıb.
Bu cür yaradıcılıq prosesi uşaqlarda gərginliyi və aqressivliyi azaltmağa kömək edir, onların sosial və psixoloji adaptasiya bacarıqlarını təkmilləşdirir, özünüqiymətləndirmə qabiliyyətini artırır. Bununla yanaşı, art-terapiya uşaqlarda kiçik motorika bacarıqlarını inkişaf etdirir, onların yaradıcılıq potensialını üzə çıxarır və problemləri həll etməyin ən münasib yollarını tapmağa kömək edir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərdiyi 24 il ərzində "McDonald"s" şirkəti müxtəlif xeyriyyə layihələri həyata keçirib, uşaq evlərinə, tibbi yardım fondlarına və idman tədbirlərinə yardım göstərib.
"McDonald"s" şirkəti inanır ki, həyati çətinliklərlə üzləşmiş uşaqlara birlikdə kömək edə, onların dünyasını gözəlləşdirə və rəngarəng edə bilərik.










/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var