Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR

Gürcüstanda dəhşətli qətl: Yeni evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLARAprelin 2-də Marneuli şəhərində bıçaqlanan 20 yaşlı Ümid Bayramovun qətli ilə bağlı yeni detallar məlum olub.
KONKRET.az 24News.ge-yə istinadən xəbər verir ki, yerli sakinlər hadisəyə səbəb olan münaqişənin martın 26-da keçirilən toy məclisində başladığını bildiriblər.
Məlumata görə, ağır cinayəti törətməkdə ittiham olunan 22 yaşlı Emin Yusubov Ümid Bayramovu hələ toy günü qisas almaqla hədələyib. Dünən isə o, gənci evinin yaxınlığına çağıraraq bıçaqla boğazını kəsib. Hadisə şahidlərinin sözlərinə görə, ağır yaralanan Ümid çoxlu qan itirərək hadisə yerindəcə dünyasını dəyişib. Şahidlər bildirirlər ki, gənc qaçmağa çalışsa da, hücum edən şəxs onu yaxalayaraq qətlə yetirib.
Hadisənin şahidi olan sakinlərdən biri həmin anları belə təsvir edib: "Qışqırıq səsinə çölə çıxdım, artıq çox adam yığılmışdı. Dedilər ki, biri qaçırdı, digəri isə onu təqib edirdi. Yazıq hasardan tullanıb qaçmaq istəyirdi, amma çatmadı. Onu yaxalayıb boğazını kəsdi. Eşitdiyimə görə, aralarında problem toyda yaranmışdı. O vaxt mübahisə ediblər və qonşumuz ona "səni bağışlamayacağam" deyib. Beləcə qisas aldı".
Digər bir sakin isə yaralı gəncin təxminən yarım saat kömək istədiyini, lakin hamı qorxduğu üçün yaxınlaşa bilmədiyini qeyd edib:
"Qatil bıçaqla silahlandığı üçün hamı qorxurdu. Mən gələndə o artıq qaçmışdı. Təcili yardıma zəng etməyə belə çəkinirdilər. Mən zəng etdim, amma artıq gec idi – boğazındakı dərin kəsik səbəbindən hadisə yerində keçinmişdi".
Hadisə baş verən gün şəhərin mərkəzi xəstəxanasında da vəziyyət gərgin olub. Həkimlər gəncin həyatını xilas edə bilmədikdən sonra xəstəxana ərazisində qarşıdurma yaşanıb.Oxu.Az 

Hadisə       Tarix: 04 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə rayonun Ərəzin kəndi ərazisində üç avtomobilin iştirakı ilə qeydə alınıb. Baş vermi

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi

Azərbaycanda ilk dəfə meyitdən ürək transplantasiyası edilən Tovuz sakini vəfat edib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Rəşad Məmmədliyevin həkimə gedən zaman qəfil halı pisləşib. Müayinə zamanı onun öldüyü məlu

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA

Türkiyənin qərb hissəsində, xüsusən də İstanbul və Kocaelidə bir müddətdir davam edən güclü yağışlar subasmaya və sellərə səbəb olub. Bunun nəticəsində böyük dağıntılar qeydə alınıb, bir neçə nəfər həyatını itirib. Qeyd edə

Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var

Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. -ya istinadən xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında "BMW" və "Hyundai" markal

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycanda son xeberler apa.az xeberler bugünkü son xəbərlər maşın realiti şou