Gürcüstandan gətirilən spirtli içkilər istehlaka yararsız oldu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Open.az xəbər verir ki, həyata keçirilən nəzarət tədbirləri zamanı "Gemini" MMC tərəfindən Gürcüstandan ölkəmizə idxal edilən "Çaça Gold" əmtəə nişanlı spirtli içki məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulu partiyasında metil spirtinin həcm payının texniki normativ sənədlərə uyğun olmadığı və istehlak üçün yararsız olduğu aşkar edilib.
Agentlik tərəfindən istehlak üçün yararsız, ümumi çəkisi 135 kq (126 ədəd) olan spirtli içki məhsulu partiyasının satış şəbəkəsinə daxil olmasının qarşısı alınıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Kurslar.az kurslar [newsid: 0-123300]

"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
FİFA prezidentliyi uğrunda 3 namizəd
Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu
Qaxda maşın aşdı - 4 yeniyetmə yaralandı
Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni