Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi

Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdiGürcüstanın Baş naziri İrakli Kobaxidze göstərdiyi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat verib.
Kobaxidze qeyd edib ki, onun Azərbaycana səfəri zamanı Bakı-Tbilisi-Bakı marşrutu ilə sərnişin qatarlarının hərəkətinin bərpası məsələsi müzakirə edilib.
"Azərbaycana səfərim zamanı biz Prezident İlham Əliyevlə bu məsələni müzakirə etdik və ölkəmizə göstərdiyi diqqətə görə şəxsən ona təşəkkür etmək istərdim. Təbii ki, iki ölkə, dost ölkələr, Gürcüstan və Azərbaycan arasında yüksək mobilliyin olması prinsipial olaraq vacibdir, çünki bu, həm Gürcüstan, həm də Azərbaycan üçün qarşılıqlı səmərəlidir", – baş nazir bildirib.
Onun sözlərinə görə, mümkün qədər çox insanın Gürcüstandan Azərbaycana, Azərbaycandan isə Gürcüstana getməsi, o cümlədən insanlar arasında münasibətlərin, iki xalqı birləşdirən ənənəvi dostluğun daha da dərinləşməsi üçün çox vacibdir.
Qeyd edək ki, Gürcüstan və Azərbaycan arasında qatarların hərəkəti 2020-ci ilin mart ayından etibarən koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.
2025-ci ilin aprelindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının hərəkəti işə salına bilər.//Oxu.Az

Siyasi       Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur

Türkiyənin Ərzincan vilayətindən seçilmiş deputat Mustafa Sarıgülün toxunulmazlığının ləğv edilməsi tələbi ilə bağlı təqdimat hazırlanıb. KONKRET.azxəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Ankar

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Prezident: Azərbaycan ABŞ ilə əlaqələrin inkişafında maraqlıdır

Prezident İlham Əliyev 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi əhəmiyyət kəsb etdiyini bildirib. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin daxili təhlükəsizli

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler en sonxeber xeber.az krimnal xeber