Gürcüstanın valyuta bazarı qarışdı: Banklar sürətlə dəyərsizləşir

Gürcüstanın valyuta bazarı qarışdı: Banklar sürətlə dəyərsizləşirGürcüstan Milli Bankı bu gün son iki həftə ərzində ikinci dəfə valyuta intervensiyaları edərək bazara 60 milyon dollar təklif edib.
Belə açıqlama Gürcüstan Milli Bankının saytında yerləşdirilib.
Məlumatdan aydın olur ki, tənzimləyici 47,8 milyon dollar xarici valyuta satıb.
Qeyd edək ki, Gürcüstan Milli Bankı sonuncu dəfə mayın 16-da milli valyutanın məzənnəsini sabitləşdirmək üçün 60 milyon dollar sataraq valyuta intervensiyaları həyata keçirib.
Mayın 15-dən mayın 28-dək olan müddətdə larinin məzənnəsi demək olar ki, 3 faiz azalaraq 2768 lari/1 dollar olub.
Gürcüstan parlamenti mayın 15-də "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşda qəbul etdikdən sonra başlanan kütləvi etirazlar, həmçinin Avropa İttifaqı və ABŞ-ın sərt mövqeyi üzündən larinin məzənnəsi zəifləməyə başlayıb.
Mayın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili ölkə Konstitusiyası və Avropa standartlarına zidd olan qanuna veto qoyub. Parlament çoxluğunun (indiki hökuməti formalaşdıran "Gürcü arzusu" partiyası) təşəbbüsü ilə mayın 28-də parlament prezidentin vetosunun aradan qaldırılması proseduruna başlayıb.
Qanunun qəbulu ilə əlaqədar Gürcüstanda yaranmış daxili siyasi böhran London Fond Birjasında yer alan iki ən böyük gürcü bankının – Bank of Georgia Group və TBC Bank Group-un səhmlərinin qiymətinin aşağı düşməsinə səbəb olub və onlar təxminən 20 faiz ucuzlaşıb. Bu gün ərzində kotirovkaların azalması davam edib, hərracların açılışından sonra Bank of Georgia Group-un səhmləri 1 faiz, TBC Bank Group – 2,3 faiz ucuzlaşıb.
Musavat.com / konkret.az

Sosial       Tarix: 28 may 2024
f Paylaş

Oxşar xəbərlər

Fermerə yeni vergi "sürprizi": 13 milyon manat üçün kəndlini niyə incidirik?

Hökumət əhaliyə "sürprizlərlə" dolu 2027-ci il hazırlayır, bəzi vergilər, rüsumlar, cərimələr yenə artır. xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib:. O bildirib ki, diqqətimi çəkən aqrar sektorl

Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək

Azərbaycanda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, təhsilə əlçatanlığın artırılması, əhalinin məşğulluğunun təmin olunması, eləcə də sahibkarlığın və kənd təsərrüfatının inkişafı məqsədilə dövlət tərəfində

Maaşlarla bağlı yeni qayda işə düşür – nələr dəyişəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda özəl qeyri-neft-qaz sektorunda çalışanların əməkhaqlarından tutulan gəlir vergisi artırılacaq. Belə ki, hazırda aylıq 2 500 manatadək vergitutulan gəlirə tətbiq olunan 3%-lik vergi dərəcəs

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini

Sosial şəbəkələrin cəmiyyətə təsiri: media necə davranmalıdır?

Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli "Baku TV"nin efirində yayımlanan "Aktual Gündəm" verilişinin qonağı olub. xəbər verir ki, sosial şəbəkələr, onların cəmiyyətə və media sektoruna təsir

Əməkdar müəllim vəfat etdi

Əməkdar müəllim Səməd Həsənov 52 yaşında vəfat edib. Bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi Səməd Həsənov uzun sürən onkoloji xəstəlikdə

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib

Bu cərimələr 150 faiz artırılır

Azərbaycanda bəzi cərimələr azaldılır, bəziləri isə artırılır. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəd


azerbaycan xeberleri yeni xeberler son xeberler metbuat xeberleri cəbhədən ən son xəbərlər meherremlik 2026 iqtisadiyyat xeberleri bugun