Hacı Əliyev narazıdır - Nazirlikdən cavab

Hacı Əliyev narazıdır - Nazirlikdən cavabSərbəst güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev Gənclər və İdman Nazirliyindən narazılıq edib.
KONKRET.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, feysbuk hesabında paylaşım edərək ilin 10 ən yaxşı idmançısı siyahısında olmamasına və Xankəndidə Prezident İlham Əliyevlə görüşə dəvət almamasının səbəbini anlamadığını bildirib:
"Bu il ilk dəfə 4 qat Avropa çempionu olaraq adımı Azərbaycan güləş tarixinə yazdım. Bakıda keçirilən hərbçilər arasında dünya çempionatının qalibi oldum. Amma Gənclər və İdman Nazirliyi tərəfindən heç bir diqqət görmədim, heç ilin ən yaxşı 10 idmançısı siyahısına da düşmədim. Cənab Prezidentimiz İlham Əliyev tarixi qələbə qazandığımız Qarabağa idmançıları dəvət etdi və onlarla görüşdü, idmançıları nə qədər sevdiyini sübut etdi. Amma çox heyif ki, nazirlik adımı Prezidentlə görüş siyahısına salmadı. İnanıram ki, ölkə başçısı məni orda görməyə çox sevinərdi. Bu qədər qələbə qazanmağıma, nəticə əldə etməyimə baxmayaraq, nazirlik məni bu görüşdən məhrum etdi. Bu haqsızlığa görə inanıram ki, tədbir görüləcək".
Hacı Əliyev narazıdır - Nazirlikdən cavabMəsələ ilə əlaqədar Gənclər və İdman Nazirliyinə müraciət etdik. Nazirlikdən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, 10-luq tam şəffaf sistemlə hesablanır: "Nazirlik xal sistemi ilə hazırlanan həmin 10-luğun formalaşdığı reytinqi bütün federasiyaların iştirakı ilə birgə hazırlayır. Belə ki, həmin siyahı hər bir federasiyanın təqdim etdiyi hesablama sisteminə əsaslanır.
Ölkə başçısı ilə görüşə gəlincə, sözügedən görüşdə Prezident İlham Əliyevin 20 dekabr 2023-cü il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu"na, "Tərəqqi" medalına, "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüş şəxslər, eləcə də mənzil təqdim ediləcək idmançı və mütəxəssislər iştirak edirdilər.
Gənclər və İdman Nazirliyi idman federasiyalarının məsul şəxsləri ilə iki aydan bir keçirdiyi görüşlərdə müzakirələr aparır və hər bir qərar qəbul edilən zaman federasiyaların rəy və təkliflərini nəzərə alır. İnanırıq ki, federasiyalar öz məşqçi və idmançılarına prosesin necə aparıldığını lazımi qaydada izah edə biləcəklər.
Gənclər və İdman Nazirliyi sərbəst güləşçi Hacı Əliyevin ölkə idmanındakı xidmətlərini yüksək qiymətləndirir və ona bundan sonrakı karyerasında da uğurlar arzulayır".

İdman       Tarix: 28 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberler iqtisadiyyat xeberleri bugun beynelxalq bank mezenne qurban bayrami 2026