Hacıbəy Heydərli: "Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir

Hacıbəy Heydərli: "Məlumdur ki, bəzi xarici qrant verən qurumlar ictimai təşkilatları, media qurumlarını ələ almaq, bununla da ABŞ-nin və Qərbin bəzi ölkələrinin kəşfiyyat orqanlarına yardım etmək məqsədilə yaradılıb. ABŞ və bəzi Qərb dövlətləri ölkələrin daxilinə nüfuz etmək üçün bu kimi vasitələrdən istifadə edirlər". 
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, "azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.
O bildirib ki, onlar həm də müstəqil siyasət yürüdən ölkələrə bu yolla təzyiq etməyə çalışırlar:
"Bu kimi təşkilatların fəaliyyəti, onların maliyyə mənbələri heç vaxt şəffaf olmayıb. Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir, ölkələrdəki həssas qruplarla çalışır, cəmiyyətlərdə narazılıq, çaxnaşma yaratma məqsədi güdürlər. 2014-2023-cü illərdə ABŞ federal hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. Burada əsas məqsəd suveren respublikaların daxili işlərinə müdaxilə etməkdir.
"Tarix onu göstərir ki, qonşu ölkələrdə baş verən rəngli inqilablar, Yaxın Şərqi qan gölünə döndərən siyasi proseslər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. OCCRP və buna bənzər layihələr ABŞ və Qərb dövlətləri tərəfindən birbaşa siyasi məqsədlərə xidmət edir. Onlar sadəcə olaraq qadın və uşaq hüquqları, sosial məsələlər, həssas qruplara dəstək adı altında pərdələnirlər. Qərb bu təşkilatlardan geopolitik müstəvidə silah kimi istifadə edir. Çox təəssüflər olsun ki, bəzi hallarda media və QHT rəhbərləri də onların maşasına çevrilirlər", - deyə baş redaktor əlavə edib. 
Onun sözlərinə görə, bu kimi xaricdən maliyyələşən jurnalistlər və media qurumları bəzən öz ölkələrinin maraqlarını satmaqdan belə çəkinmir, düşmən mövqeyindən çıxış edirlər. Xarici ölkələrin birgə nəşrlərinin araşdırması bir daha onu sübut etdi ki, ABŞ və Qərb tərəfindən maliyyələşdirilən media qurumlarının qarşısına yalnız bir məqsəd qoyulur: ölkələrdə çaxnaşma, xaos, gərginlik, süni gündəm yaratmaq və dövlətlərin daxili işlərinə sirayət etməklə xalqda etiraz ruhunu qaldırmaq. 
H.Heydərli qeyd edib ki, Azərbaycan dövləti hər zaman bu pərdələnmiş təşkilatın əsl mahiyyətini bilir və ifşa edir: "Haqlı olaraq biz xalqımızı və dövlətimizi bu təhlükəli planlardan qorumaq üçün onları ölkəmizdən uzaqlaşdırdıq. Şübhəsiz ki, bu da Azərbaycan rəhbərliyinin milli maraqlarımıza xidmət edən uzaqgörən siyasətinin daha bir parlaq nümunəsidir".

Siyasi       Tarix: 08 dekabr 2024
f Paylaş

Oxşar xəbərlər

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun xəbər.az dunyada son xeberler sonxabar az