Hafiz Hacıyevin "pensiya almıram" iddiasına - RƏSMİ CAVAB
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev pensiya almadığını bildirib.
azxeber.com xəbər verir ki, o, bu barədə Modern.az saytına açıqlama verib.
Partiya sədri pensiya və təqaüddən məhrum olduğunu açıqlayıb: "Pensiya da, təqaüd də almıram. Hər şeydən məhrumuq. Bizə heç nə düşmür. Bizə yad planetdən gələn insan kimi baxırlar. Qəmbərov İsaya 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?"
Sosial şəbəkələrdə müzakirə olunan məsələ ilə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Fonddan sorğumuza cavab olaraq bildirildi ki, H. Hacıyev 4 ilə yaxındır pensiya alır: "Hacıyev Hafiz Ələmdar oğlunun pensiya hüququ 16.04.2021-ci il tarixində yaranıb və ona həmin tarixdən proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub. Hazırda vətəndaşın pensiyası 337,77 manat təşkil edir və pensiya ödənişlərində hər hansı bir problem olmayıb. Belə ki, vətəndaşın yanvar ayı üzrə pensiyası 2025-ci ilin yanvarın 9-da onun hesabına köçürülüb və o, həmin pulu yanvarın 12-də bankomatdan çıxarıb".
Qeyd edək ki, H.Hacıyevin, həmçinin bir sıra xəstəliklərdən, o cümlədən altsheymerdən əziyyət çəkməsi ilə bağlı məlumatlar yayılıb. Siyasətçi yayılan iddiaları rədd edərək sağlam olduğunu bildirib.
Xidmetler [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu