Haiti və Belarusa bu səbəbdən məğlub olduq - Mütəxəssis səbəbləri AÇIQLADI

Haiti və Belarusa bu səbəbdən məğlub olduq - Mütəxəssis səbəbləri AÇIQLADIHaiti və Belarusla oyunda məğlubiyyətdən sonra Azərbaycan Milli Komandası azarkeşlər və futbol ictimaiyyəti tərəfindən tənqid atəşinə tuş gəlib. Bu biabırçı məğlubiyyətin səbəbləri haqqında mütəxəssislər fərqli fikirlər səsləndirirlər.
Mövzu ilə bağlı KONKRET.az-a danışan «Qarabağ» klubunun veteran futbolçularından Aslan Kərimov maraqlı məqamlara toxunub:
"Bu iki oyunun məqsədləri tamam fərqli idi. Hamı bilir ki, yoldaşlıq görüşləri oyunçuların perfomansını yoxlamağa, komandanın üstün və zəif tərəflərini müəyyən etməyə yönəlir. Bu iki oyunda biz kifayət qədər zəif nöqtələrimizi görə bildik. Eyni zamanda həm Haiti, həm də Belarusla oyunda hansı oyunçunun milli komandaya nə qədər uyğun gəlib-gəlmədiyini müəyyənləşdirdik. Haiti ilə matçda bir az öndə oynasaq da, Belarusla bunu edə bilmədik. Əksinə, müdafiə meyilli oyun nümayiş etdirdik. Haiti ilə nisbətdə belarus futbolçuları bizim qapımızda o qədər də çox qol imkanı yaratmadılar. Hücum planında bir balaca çatışmazlıqlarımız var idi. Hücumçular keçid edə bilmirdilər. Topu ələ keçirsək də, rəqibimizi dağılışmış halda yaxalamaq imkanımız olmurdu. Yəqin ki, məşqçilər bu məsələnin üzərində dayanacaqlar".
Haiti və Belarusa bu səbəbdən məğlub olduq - Mütəxəssis səbəbləri AÇIQLADIMütəxəssisin sözlərinə görə, komanda dominant futbol nümayiş etdirə bilmir:
"Milli komanda səviyyəsində bu cür kobud səhvlərə yol vermək olmaz. Çünki milli komanda öyrənmək və səhv etmək yeri deyil. Digər tərəfdən, bəzi futbolçuların özlərini açıq-aşkar oyuna həsr etmədikləri görünür. Düşünürəm ki, məşqçi heyəti gələcək toplantılarda öz qərarlarını verəcəklər. Amma komanda bu iki oyunda qarşıya qoyulan vəzifəni əslində yerinə yetirdi. Çünki komandanın üstün və zəif tərəflərini gördük. Eyni zamanda millimizin baş məşqçisi Fernandu Santuş və onun heyəti hansı oyunçularla matçlara davam edəcəklərini müəyyənləşdiriblər. Doğrudur, məğlubiyyət heç zaman xoş olmur. Amma bu oyunların əsas məqsədi qalib gəlmək və ya məğlub olmaq deyildi. Önəmli olan qarşıdan gələn dünya çempionatının seçmə mərhələsinə hazırlıq idi. Biz bu oyunlarda qalib gəlsək belə, seçmə mərhələdə Fransa və Ukrayna milliləri ilə mübarizə aparmağımız sual altında qalacaqdı. Çünki bu qrupdan bizim çıxmaq şansımız yoxdur. İslandiya millisi ilə evdə oynayarkən yaxşı nəticə əldə edə bilərdik. Amma bu da qrupdan çıxmağımıza kifayət etməyəcəkdi".
Müşviq Tofiqoğlu
KONKRET.az

İdman       Tarix: 26 mart 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava