Hakimi təhqir edən məşqçiyə ağır cəza verildi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
KONKRET.az xəbər verir ki, iclasda müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-17 Liqasının "Neftçi" PFK – "Sumqayıt" FK oyununda "Sumqayıt"ın futbolçusu Nadir Orucov təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılıb.
AHFF-nin birinciliyinin 6-cı turu çərçivəsində keçirilən "Olimpiya" (Ağcabədi) – "Şirvan" OİK oyununda "Olimpiya"nın köməkçi məşqçisi Şahin Rüstəmov hakimləri təhqir etdiyi üçün qırmızı vərəqə ilə texniki zonadan uzaqlaşdırıldığına görə 5 oyun cəzalandırılıb.
İkinci Liqada pley-offun "Hypers" – "Şəfa" oyununda "Hypers"in futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. "Şəfa"nın futbolçusu Nicat Abbasov da təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, "Şəfa" komandası 300 manat cərimə edilib.
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin sosial media hesablarında paylaşım edildi – FOTO
Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım
Prezident niyə "İstisu"yu özü ilə aparıb? – Detallar
Nofəl İbrahimov vəfat etdi
Qarabağda bədbəxt hadisə - 2 nəfər həyatını itirdi (FOTO)
Azərbaycanda oğul atasını öldürdü - 34 il sonra tutuldu
Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı
Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər
Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir
Zelenski, Uitkoff və Kuşner Ukraynaya mümkün səfəri müzakirə ediblər
Məsud Pezeşkian İlham Əliyevə dəstəyə görə təşəkkür edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimindən paylaşım edilib
İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı
Prezidentin sosial şəbəkə hesabında Modi ilə görüşünə dair paylaşım edildi - FOTO
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub