Hava ilə bağlı ciddi XƏBƏRDARLIQ
"Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
"Bu gün əsən güclü küləyin təsirindən təəssüf ki, 3 nəfər müxtəlif şəraitdə xəsarət alıb. Bu xəbər, vətəndaşlarımıza güclü küləkli hava şəraiti barədə daha bir xatırlatma etməyimizə əsas yaratdı:
Hava haqqında verilən xəbərdarlıq xarakterli məlumatlarda əhaliyə tövsiyələr çatdırılsa da, bir daha riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini xatırladırıq.
İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmaq qəti tövsiyə olunmur.
Nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın.
Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.
Bəli, Bakı küləklər şəhəridir, küləkli hava şəraitinə bir növ adət etmişik. Amma belə güclü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı var. Məhz bu səbəbdən, güclü külək zamanı öncədən xəbərdarlıqlar verilir, əhaliyə diqqətli olmağa çağırışlar edilir.
Odur ki, özünüzü qoruyun, güclü külək zamanı küçədə tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın, piyada uzun yol qət etməyin. Təhlükələrdən qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir". / azxeber.com

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus