Həbibdən Azərbaycanla bağlı AÇIQLAMA: "Elə yedizdirəcəklər ki…"
Rusiyalı tanınmış MMA döyüşçüsü Həbib Nurməhəmmədov və onun komandası "Fitroo" brendilə əməkdaşlığa həsr olunmuş mətbuat konfransı keçirib.
Publika.az xəbər verir ki, müvafiq video idmançının "YouTube" kanalında yayımlanıb.
Məşhur döyüşçü tədbir zamanı Azərbaycan və azərbaycanlı həmkarları barədə də danışıb.
Nurməhəmmədov həmyerlimiz Nəriman Abbasovun potensialını yüksək qiymətləndirib və onun UFC çempionatında rahatlıqla mübarizə apara biləcəyini söyləyib.
"Azərbaycanda boks, güləş, cüdo kimi idman növləri yaxşı inkişaf edib. Amma nədənsə MMA döyüşçüləri bir qədər azdır",- deyə Həbib təəccüblənib.
Məğlubedilməz döyüşçü Azərbaycandan təklif alacağı təqdirdə böyük məmnuniyyətlə ölkəmizdə birgə layihələr həyata keçirəcəyini bildirib.
"Bakıda bir neçə dəfə olmuşam. Tarixi və sürətlə inkişaf edən bir şəhərdir. Mətbəxi xüsusilə qeyd etmək istərdim. Fəaliyyətdə olan idmançı orada çox qalmamalıdır. Elə yedizdirəcəklər ki, dərhal 3-4 kq artıq çəki alacaqsan. Çox yaxşı insanlardır. Bizim qonşularımızdır. Ömür boyu birlikdə yaşamışıq", – deyə Nurməhəmmədov vurğulayıb. (Oxu.az)

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?