Həbs olunan futbolçu klubdan qovuldu
"Pumas" klubu "Barselona"nın və Braziliya millisinin həbsdə olan sabiq müdafiəçisi Dani Alveslə müqaviləyə xitam verib.
KONKRET.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə Meksika komandasının rəsmi saytında məlumat yerləşdirilib. "Pumas" prezidenti Leopoldo Silva hadisəyə belə münasibət bildirib:
"Klub bu gündən etibarən oyunçu Dani Alves ilə əmək müqaviləsinə xitam vermək qərarına gəlib. Bu qərarla qurumumuzun heç bir üzvünün ruhumuza və dəyərlərimizə zidd hərəkətlərinə dözməmək öhdəliyimizi bir daha təsdiqləyirik.
Təşkilatımız cəmiyyətdə, Meksikada və dünyanın hər bir ölkəsində örnək olduğu üçün oyunçularının meydanda və meydandan kənarda hörmətini, dürüstlüyünü, ləyaqətini və peşəkar davranışını dəstəkləyir.
Biz bir nəfərin davranışının tarix boyu ölkəmizdə gənc idmançıların yetişdirilməsində və inkişafında nümunə olan fəlsəfəmizə xələl gətirməsinə icazə verə bilmərik".
Xatırladaq ki, 39 yaşlı Alves yanvarın 20-də Barselonaya polis bölməsində dindirilmək üçün gəlib, daha sonra nəzarətə götürülüb. Alves Kataloniya paytaxtında gecə klubunda gənc qadına təcavüz etməkdə şübhəli bilinir. Lent.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var