Həbsdə olan general azadlığa çıxmaq istəyir

Həbsdə olan general azadlığa çıxmaq istəyirDoqquz ildir həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Elçin Quliyev indi də səhhəti ilə bağlı azadlığa buraxılmasını istəyir.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, general Quliyev ərizəsində yazır ki, uzun müddətdir çəkdiyi xəstəlik cəzasını çəkməkdə ona əziyyət verir. Bu səbəbdən cəzasının çəkilməmiş 1 ildən bir qədər çox hissəsindən şərti olaraq azad edilmək istəyir.
Bir qədər əvvəl də E.Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyirdi. Lakin birinci və yuxarı instansiya məhkəmələri ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün onun müraciətini təmin etməmişdi.
Qanuna görə, məhkum şəxs ağır xəstəlikdən əziyyət çəkirsə, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilə bilər.
Generalın budəfəki müraciətinə də Xəzər Rayon Məhkəməsində baxılıb. Hakim ərizə ilə tanış olduqdan sonra müraciəti icraata qəbul edib, məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. Ekspert rəyindən asılı olaraq məhkəmə yekun qərar qəbul edəcək.
Qeyd edək ki, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 22 iyun 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dünyanın əksər ölkələrində dövlətin idarəçili

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

Naxçıvanda qəzada ölən qazi dəfn edilib

Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada həyatını itirən qazi Hüseynalı Hüseynəliyev dəfn edilib. xəbər verir ki, ehtiyatda olan kapitan, qazi H.Hüseynalıyev Naxçıvan şəhər qəbiristanlığınd

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub. Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb. Əmrə əsasən, Tərlan Əliye

Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər

"Dağlıq rayonlarda yaşayışa təsir edən ən mühüm məsələ kommunal tariflərdir. Bakı və Abşerondakı hava şəraiti Gədəbəyin, Daşkəsənin, Lerikin, Şahbuzun, Qusarın yüksək dağ kəndlərindəki iqlimdən fərqlidir. Elə yaşayı

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bu gun cəbhədən son xəbər son xeberler bugun 2026 azerbaycan novruz bayramı